Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Amus 5:1—27

MÜNDƏRİCAT

  • Bakirə İsrail yıxıldı (1—3)

  • Allahı axtarın və sağ qalın (4—17)

    • Yaxşılığı sevin, pisliyə nifrət edin (15)

  • Yehovanın günü — zülmət günü (18—27)

    • İsrailin qurbanları qəbul olunmur (22)

5  Ey İsrail evi, sizin üçün dediyim ağıya qulaq asın:   “Bakirə İsrail yıxıldı, Qalxa bilmir, Yerdə qalıb, tərk edilib, Qaldıran yoxdur.  Külli-İxtiyar Yehova belə deyir: “İsrail evinin başına bunlar gələcək: Bir şəhərdən döyüşə min nəfər çıxacaq, yüz nəfəri sağ qalacaq; Yüz nəfər döyüşə çıxacaq, on nəfəri sağ qalacaq”.+  Yehova İsrail evinə belə deyir: “Məni axtarın və sağ qalın.+   Beyteli+ axtarmayın, Gilqala+ getməyin, Biir-Səbaya+ keçməyin. Çünki Gilqal hökmən sürgün ediləcək,+ Beytel bir heç olacaq*.   Yehovanı axtarın və yaşayın,+ Yoxsa O, Yusif evini alovtək yandırıb-yaxar, Beyteli yandırar, söndürən olmaz.   Siz ədaləti yovşana döndərirsiniz, Salehliyi tapdalayırsınız!+   Kimah* və Kəsil* bürclərini+ yaradan, Zülməti işıqlı sabaha çevirən, Gündüzü gecə kimi qaranlıq edən,+ Dəniz sularını yanına çağırıb Yer üzünə tökən Odur.+  Yehovadır Onun adı.   O, güclünü bir göz qırpımında məhv edəcək, Qalaları dağıdacaq. 10  Şəhər darvazasında tənbeh edənə nifrət edirlər, Düz danışanı görən gözləri yoxdur.+ 11  Siz kasıbdan sahə üçün icarə haqqı tələb edirsiniz, Vergi əvəzi taxılını götürürsünüz.+ Buna görə yonma daşdan tikdiyiniz evlərdə+ yaşamayacaqsınız, Saldığınız o gözəl üzümlüklərin şərabını içməyəcəksiniz.+ 12  Çünki nə qədər asilik etdiyinizdən*, Necə ağır günahlar işlədiyinizdən agaham. Siz salehi boğaza yığırsınız, Rüşvət alırsınız, Şəhər darvazasında kasıbın haqqını tapdalayırsınız.+ 13  Elə pis zəmanə gələcək ki,+ Ağlı olan səsini çıxarmayacaq. 14  “Yaxşılığı axtarın ki, yaşayasınız+, Pisliyi axtarmayın.+ Onda ordular Allahı Yehova dediyiniz kimi Sizə yar olacaq!+ 15  Yaxşılığı sevin, pisliyə nifrət edin,+ Şəhər darvazasında ədalətə yer verin,+ Bəlkə, ordular Allahı Yehova Yusif övladlarından sağ qalanlara lütf göstərdi”.+ 16  Buna görə Yehova, ordular Allahı Yehova bəyan edir: “Bütün meydanlarda fəryad qopacaq, Bütün küçələrdə camaat ah-vay edəcək. Kəndliləri yas tutmağa, Ağı deyənləri şivən qaldırmağa çağıracaqlar. 17  Bütün üzümlüklərdə fəryad qopacaq,+ Çünki Mən aranızdan keçəcəyəm”, — deyir Yehova. 18  “Yehovanın gününün intizarında olanların vay halına!+ Yehovanın günündən nə gözləyirsiniz?+ O gün işıq yox, qaranlıq olacaq.+ 19  Bu ona bənzəyəcək ki, adam şirdən qaça, qabağına ayı çıxa, Evə gəlib əlini divara söykəyə, onu ilan çala. 20  Bəli, Yehovanın günü işıq yox, qaranlıq olacaq. Aydınlıq yox, zülmət olacaq. 21  Bayramlarınızdan zəhləm gedir, onlara nifrət edirəm.+ Təntənəli məclislərinizdəki qurbanların ətri Mənə xoş deyil. 22  Mənə yandırma qurbanları və bəxşişlər gətirsəniz belə, Onlardan xoşlanmaram.+ Ünsiyyət qurbanı üçün gətirdiyiniz kök heyvanlara nəzər salmaram.+ 23  Zəhlətökən nəğmələrinizin səsini kəsin, Telli alətlərinizin avazını eşitməyim!+ 24  Qoy ədalət su kimi çağlasın,+ Salehlik çay kimi şır-şır axsın! 25  Ey İsrail evi, siz qırx il səhradaykən Mənə qurban, bəxşiş gətirmişdiniz?+ 26  Siz ulduz allahınızın, Padşahınız Səqqudun və Qiyunun* özünüz üçün düzəltdiyiniz bütlərini daşıyıb aparacaqsınız. 27  Mən sizi Dəməşqdən o tərəfə sürgün edəcəyəm”.+ Adı ordular Allahı Yehova+ olan Allah belə deyir.

Haşiyələr

Digər variant: əcaib bir şey olacaq.
Ehtimala görə, Buğa bürcündəki Ülkər ulduzlarıdır.
Ehtimala görə, Orion bürcü.
Yaxud cinayətlərinizdən.
Güman ki, Səqqud və Qiyun ilahları Saturn planetinin timsalı idi. Ona allah kimi ibadət edilirdi.