Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Amus 4:1—13

MÜNDƏRİCAT

  • Başan inəklərinə qarşı xəbər (1—3)

  • Yehova İsrailin batil ibadətinə rişxənd edir (4, 5)

  • İsrail Allahın tərbiyəsini qəbul etmir (6—13)

    • Allahını qarşılamağa hazır ol (12)

    • Allah düşüncələrini insana açır (13)

4  Eşidin bu sözü, Ey Səməriyyə dağındakı+ Başan inəkləri, Ey məzluma fırıldaq gələn,+ yoxsulu əzən, Ey ərlərinə: “İçki gətir, içək!” — deyən qadınlar.   Külli-İxtiyar Yehova müqəddəsliyinə and içdi: “Elə günlər gəlir ki, siz ət qarmağı ilə, Qalanlarınız isə balıqçı qarmağı ilə qaldırılacaqsınız.   Siz divardakı dəlmə-deşikdən dalbadal çıxacaq, Harmona atılacaqsınız”, — Yehova bəyan edir.   “Beytelə gəlib asilik edin,+ Gilqala gəlib asiliyinizi artırın!+ Səhər qurban gətirin,+ Üçüncü gün ondabirləri verin.+   Mayalı çörəkdən şükran qurbanı+ yandırın, Könüllü təqdimələriniz barədə aləmə car çəkin! Siz ki bunu sevirsiniz, ey İsrail xalqı”, — Külli-İxtiyar Yehova bəyan edir.   “Mən bütün şəhərlərinizdə sizə aclıq verdim, Evlərinizə çörək qıtlığı verdim.+ Yenə də Mənə tərəf dönmədiniz”,+ — Yehova bəyan edir.   “Biçindən üç ay qabaq yağışınızı kəsdim,+ Bir şəhərə yağış yağdırdım, o birinə yağdırmadım. Bir tarla yağış gördü, O birisi yağış olmadığından qurudu.   İki-üç şəhərin camaatı su içmək+ üçün bir şəhərə getdi, Amma doyunca su içmədi. Siz yenə də Mənə tərəf dönmədiniz”+ — Yehova bəyan edir.   “Məhsulunuzu qızmar isti ilə, kiflə tələf etdim.+ Siz bağ və üzümlüklərinizi çoxaltdınız, Amma əncir, zeytun ağaclarınızı çəyirtkə yedi.+ Yenə də Mənə tərəf dönmədiniz”,+ — Yehova bəyan edir. 10  “Mən üzərinizə Misirdəkinə bənzər azar göndərdim.+ Cavanlarınızı qılıncdan keçirtdim,+ atlarınızı apardım.+ Düşərgənizdən qalxan üfunət burnunuzu deşdi.+ Yenə də Mənə tərəf dönmədiniz”, — Yehova bəyan edir. 11  “Mən torpağınızı Sədum və Əmurəni dağıtdığım kimi dağıtdım.+ Ocaqdan çıxarılmış odun parçası kimi oldunuz, Yenə də Mənə tərəf dönmədiniz”,+ — Yehova bəyan edir. 12  Buna görə, ey İsrail, səninlə belə rəftar edəcəyəm. Ey İsrail, bunları ki başına gətirəcəyəm, Allahını qarşılamağa hazır ol. 13  Bax! Dağlara quruluş verən,+ küləyi yaradan Odur.+ Düşüncələrini insana açan, Sübh şəfəqini qaranlığa çevirən,+ Dünyanın zirvələri üzərində yeriyən Odur.+ Ordular Allahı Yehovadır Onun adı.

Haşiyələr