Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Amus 1:1—15

MÜNDƏRİCAT

1  Təquh+ qoyunçularından olan Amusun* sözləri. O, Yəhuda padşahı Üziyyənin+ və İsrail padşahı Yuəş+ oğlu Ərubamın+ dövründə, zəlzələdən+ iki il qabaq İsraillə bağlı vəhy almışdı.  O demişdi: «Yehova Siondan nərə çəkəcək, Yerusəlimdən səsi ucalacaq. Çobanların otlaqları yasa bürünəcək, Karmelin zirvəsi quruyacaq».+   «Yehova bəyan edir: “Dəməşq üç kərə, dörd kərə üsyan etdiyi üçün* qolumu geri çəkməyəcəyəm. Çünki o, Giladı dəmir vəllərlə döydü.+   Həzailin+ evinə od yağdıracağam. Alov Bənhədadın+ qalalarını yandırıb külə döndərəcək.   Dəməşqin+ rəzələrini sındıracağam, Biqət-Avenin əhalisini, Beyt-Ədənin hökmdarını yox edəcəyəm. Aram əhli Giraha+ sürgün ediləcək”, — Yehova belə deyir.   Yehova bəyan edir: “Qəzzə+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm. Çünki o, bütün əsirləri+ Əduma verdi.   Mən Qəzzənin+ divarlarına od yağdıracağam. Alov onun qalalarını yandırıb külə döndərəcək.   Aşdodun+ əhalisini, Aşkelonun+ hökmdarını yox edəcəyəm. Əlimi Ekrona+ qarşı qaldıracağam. Filiştlilərdən* sağ qalanlar məhv olacaq”,+ — Külli-İxtiyar Yehova belə deyir.   Yehova bəyan edir: “Sur+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm. Çünki o, bütün əsirləri Əduma verdi, Qardaşlıq əhdini unutdu.+ 10  Surun divarlarına od yağdıracağam. Alov onun qalalarını yandırıb külə döndərəcək”.+ 11  Yehova bəyan edir: “Ədum+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm. Çünki mərhəmətini boğdu, Qılıncla qardaşının dalınca düşdü.+ O, onu qəzəblə didib-parçalayır, Hirsi soyumaq bilmir.+ 12  Mən Təhmanın+ üzərinə od yağdıracağam. Alov Bozrahın+ qalalarını yandırıb külə döndərəcək”. 13  Yehova bəyan edir: “Əmunilər+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm. Çünki onlar ərazilərini genişləndirmək+ üçün Giladda hamilə qadınların qarnını yırtdılar. 14  Mən döyüş günü nərə səsiylə, Tufanlı gündə fırtına ilə, Rabbahın+ divarlarına od yağdıracağam. Alov onun qalalarını yandırıb külə döndərəcək. 15  Onların padşahı əyanları ilə bərabər əsir aparılacaq”,+ — Yehova belə deyir.

Haşiyələr

Mənası: yükolma; yükdaşıma.
Yaxud Dəməşqin üç, dörd cinayətinə görə.
Bəzi mənbələrə əsasən, filistimlilər.