Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 5:1—11

MÜNDƏRİCAT

  • 6-cı vəhy: uçan tumar (1—4)

  • 7-ci vəhy: ölçü qabı (5—11)

    • Qabın içində Şər adlı qadın (8)

    • Ölçü qabı Şinar diyarına aparılır (9—11)

5  Yenə başımı qaldırıb baxdım və bir uçan tumar gördüm.  Mələk məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Uçan tumar görürəm. Onun uzunluğu iyirmi qulac*, eni on qulacdır».  Onda o, mənə dedi: «Bu, bütün dünya üzərinə gələn lənətdir. Çünki tumarın bu üzündə yazıldığı kimi, oğurluq edən kəs+ cəzasız qalıb. Tumarın o biri üzündə yazıldığı kimi, yalandan and içən kəs+ də cəzasız qalıb.  Ordular Allahı Yehova bəyan edir: “Onu Mən göndərmişəm; o, oğrunun da, yalandan adımla and içənin də evinə girəcək və orada qalacaq. Həmin evi, onun tirlərini və daşlarını dağıdacaq”».  Mənimlə danışan mələk yaxınlaşıb mənə dedi: «Başını qaldırıb bax, gör yaxınlaşan nədir».  Mən soruşdum: «Bu nədir?» O dedi: «Bu gələn ölçü qabıdır*». Sonra əlavə etdi: «Bu, bütün dünyadakı pislərin görkəmidir».  Ölçü qabının dəyirmi qurğuşun qapağı qaldırılanda gördüm ki, onun içində bir qadın oturub.  Mələk dedi: «Bu Şərdir». Sonra o, qadını qabın içinə itələyib ağzını qurğuşun qapaqla bağladı.  Yenə başımı qaldıranda gördüm ki, iki qadın yaxınlaşır. Onlar küləyin axını ilə süzürdülər. Qanadları leylək qanadına oxşayırdı. Onlar ölçü qabını yerlə göy arasına qaldırdılar. 10  Mənimlə danışan mələkdən soruşdum: «Onlar ölçü qabını hara aparırlar?» 11  O dedi: «Şinar* diyarına.+ Orada qadın üçün ev tikiləcək, ev hazır olanda qadın layiq olduğu yerə qoyulacaq».

Haşiyələr

Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
Hərfən: efadır. B14 əlavəsinə bax.
Yəni Babilistan.