Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 3:1—10

MÜNDƏRİCAT

  • 4-cü vəhy: baş kahinə təmiz paltar geyindirilir (1—10)

    • Şeytan baş kahin Yuşəyə müqavimət göstərir (1)

    • Mən qulum Pöhrəni gətirirəm! (8)

3  Yehova mənə Öz mələyinin önündə duran baş kahin Yuşəni+ və ona müqavimət göstərmək üçün onun sağında duran Şeytanı+ göstərdi.  Yehovanın mələyi Şeytana dedi: «Yehova sənin cəzanı versin, ey Şeytan,+ qoy Yerusəlimi seçmiş+ Yehova səni məhkum etsin! Məgər bu adam alovun içindən çıxarılmış yanar odun parçası deyil?»  Yuşə kirli paltarda mələyin hüzurunda durmuşdu.  Mələk önündə dayananlara dedi: «Kirli paltarı onun əynindən çıxarın». Sonra ona dedi: «Bax, Mən təqsirini üzərindən götürdüm, sənə gözəl libas geyindiriləcək».+  Onda mən dedim: «Qoy onun başına təmiz əmmamə qoysunlar».+ Onun başına təmiz əmmamə qoydular və əyninə libas geyindirdilər. Yehovanın mələyi də orada dayanmışdı.  Yehovanın mələyi Yuşəyə bəyan etdi:  «Ordular Allahı Yehova belə deyir: “Əgər sən yollarımla yerisən, sənə həvalə etdiyim məsuliyyəti icra etsən, evimdə hakimlik edəcəksən,+ həyətlərimi qoruyacaqsan və Mən sənə burada duranlarla bərabər hüzuruma gəlməyə izin verəcəyəm”.  “Ey baş kahin Yuşə, sən və sənin önündə oturan, rəmzi məna daşıyan yoldaşların, qulaq asın: Mən qulum+ Pöhrəni+ gətirirəm!  Yuşənin qarşısına qoyduğum daş budur! Bu daşın üstündə yeddi göz var. Mən onun üzərinə yazı həkk edirəm, — bəyan edir ordular Allahı Yehova, — o torpağın təqsirini bir gündə siləcəyəm”.+ 10  “O gün hər biriniz soydaşını öz meynəsinin, öz əncir ağacının altında oturmağa çağıracaq”, — bəyan edir ordular Allahı Yehova».+

Haşiyələr