Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 2:1—13

MÜNDƏRİCAT

  • 3-cü vəhy: əlində ölçü ipi olan adam (1—13)

    • Yerusəlim ölçülməlidir (2)

    • Yehova odlu divar olacaq (5)

    • Sizə toxunan Mənim göz bəbəyimə toxunur (8)

    • Çoxlu xalqlar Yehovanın ətəyindən yapışacaq (11)

2  Mən başımı qaldırıb baxdım və bir adam gördüm. Onun əlində ölçü ipi+ var idi.  Mən soruşdum: «Hara gedirsən?» O cavab verdi: «Yerusəlimi ölçməyə gedirəm, baxım görüm onun eni, uzunu nə qədərdir».+  Mənimlə danışan mələk məndən ayrılanda başqa mələk onu qarşılamağa çıxdı.  O, ona dedi: «Qaç, o cavana de: “Yerusəlimdə o qədər insan və heyvan olacaq ki,+ şəhər divarsız kəndlər kimi məskunlaşacaq.+  Mən onun ətrafında odlu divar olacağam,+ onun içini əzəmətimlə dolduracağam”», — bəyan edir Yehova.+  «Haydı, haydı! Şimal ölkəsindən qaçın!»+ — bəyan edir Yehova. «Çünki sizi dünyanın dörd səmtinə* səpələdim»,+ — bəyan edir Yehova.  «Haydı, Sion! Ey Babil qızı ilə birlikdə yaşayan, qaç canını qurtar!+  Ordular Allahı Yehova, şanı ucalandan sonra, məni sizi talan edən xalqların yanına göndərib dedi:+ “Sizə toxunan Mənim göz bəbəyimə toxunur.+  Əlimi onlara qarşı qaldıracağam, öz qulları onları qarət edəcək”.+ Onda biləcəksiniz ki, məni ordular Allahı Yehova göndərib. 10  Ey Sion qızı, sevin, şadlan!+ Bax, gəlirəm,+ aranızda məskən salacağam,+ — bəyan edir Yehova. — 11  Həmin gün çoxlu xalqlar Yehovanın ətəyindən yapışacaq+ və Mənim ümmətim olacaq. Mən sizin aranızda məskən salacağam». Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. 12  Yehova müqəddəs torpaqda Yəhudanı Öz payı kimi mülk edəcək və yenə Yerusəlimi seçəcək.+ 13  Ey bəşər, Yehovanın önündə sükut et! Çünki O, müqəddəs məskənindən hərəkətə keçib!

Haşiyələr

Hərfən: göylərin dörd küləyinə.