Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 14:1—21

MÜNDƏRİCAT

  • Haqq din zəfər çalacaq (1—21)

    • Zeytun dağı iki yerə bölünəcək (4)

    • Tək Yehova olacaq və tək Onun adı olacaq (9)

    • Yerusəlimlə vuruşanların canına bəla (12—15)

    • Çardaqlar bayramı (16—19)

    • Hər bir qazan müqəddəs əşya olacaq (20, 21)

14  «Budur, o gün gəlir, Yehovanın günü gəlir! Qarət olunmuş malların sənin* içindəcə bölüşdürüləcək.  Mən bütün xalqları Yerusəlimə qarşı müharibəyə toplayacağam. Şəhər işğal ediləcək, evlər qarət olunacaq, qadınlar zorlanacaq. Şəhərin yarısı sürgün ediləcək, amma qalan xalqın kökü şəhərdən kəsilməyəcək.   Yehova çıxacaq və döyüş günündə olduğu kimi bu xalqlarla+ vuruşacaq.+  O gün Onun ayaqları şərq tərəfdən Yerusəlimin önündə olan Zeytun dağı+ üzərində duracaq. Zeytun dağı şərqdən qərbədək ortadan bölünəcək və böyük bir dərə əmələ gətirəcək. Dağın yarısı şimala, yarısı isə cənuba çəkiləcək.  Siz dağlarımın arasındakı dərəyə qaçacaqsınız, çünki bu dərə Azilə qədər uzanacaq. Yəhuda padşahı Üziyyənin vaxtında zəlzələdən qaçdığınız kimi qaçmalı olacaqsınız.+ Allahım Yehova gələcək, bütün müqəddəslər də yanında.+  O gün parlaq işıq olmayacaq,+ hər şey donub qalacaq.  O gün əlamətdar bir gün olacaq, Yehovanın günü kimi tanınacaq.+ O gün nə gündüz, nə də gecə olacaq, axşam düşəndə də işıq olacaq.  O gün Yerusəlimdən dirilik suları+ axacaq,+ yarısı şərq dənizinə*,+ yarısı qərb dənizinə* töküləcək.+ Yay-qış belə olacaq.  Yehova bütün dünya üzərində padşah olacaq.+ O gün tək Yehova olacaq+ və tək Onun adı olacaq.+ 10  Gibadan+ Yerusəlimin cənubundakı Rimmuna+ qədər hər yer Ərəbə+ kimi olacaq. Yerusəlim tikiləcək, sakinləri Binyamin darvazasından+ ta Birinci darvazaya və Künc darvazaya qədər, Hənanil qülləsindən+ ta padşahın üzümsıxanına qədər öz yurdunda məskunlaşacaq.+ 11  Camaat Yerusəlimdə məskunlaşıb asayiş içində yaşayacaq,+ bu şəhər bir də lənətlənib məhvə düçar olmayacaq.+ 12  Yehova Yerusəlimlə vuruşan bütün xalqları bax bu bəla ilə cəzalandıracaq:+ bədənləri elə ayaq üstəcə çürüyəcək, gözləri yuvasında, dilləri ağızlarında çürüyəcək. 13  O gün Yehova onların arasına böyük çaxnaşma salacaq, hər biri yoldaşının əlini tutub ona əl qaldıracaq.+ 14  Yəhuda da Yerusəlimdəki döyüşə qatılacaq, bütün ətraf xalqların sərvəti, saysız-hesabsız qızıl-gümüş, pal-paltar toplanacaq.+ 15  Atları, qatırları, dəvələri, eşşəkləri və düşmən ordugahındakı bütün mal-qaranı eyni bəla yaxalayacaq. 16  Yerusəlimin üstünə qalxan bütün xalqlardan sağ qalan hər kəs Padşaha, ordular Allahı Yehovaya+ səcdə etmək və Çardaqlar bayramını+ qeyd etmək üçün hər il Yerusəlimə qalxacaq.+ 17  Əgər yer üzündəki tayfaların içində kimsə Padşaha, ordular Allahı Yehovaya səcdə etmək üçün gəlməsə, onun üzərinə yağış yağmayacaq.+ 18  Əgər Misir xalqı şəhərə qalxıb ora girməsə, onun da üzərinə yağış yağmayacaq. Yehova onlara Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə gəlməyən xalqlara verdiyi cəzanı verəcək. 19  Misirin və Çardaqlar bayramını qeyd etməyə gəlməyən bütün xalqların günahının cəzası bu olacaq. 20  O gün atların zınqırovları üzərində: “Müqəddəslik Yehovaya məxsusdur!”+ — yazılacaq. Yehovanın evindəki qazanlar+ qurbangahın önündəki ləyənlər+ kimi olacaq. 21  Yerusəlimdə və Yəhudada olan hər bir qazan ordular Allahı Yehovaya məxsus müqəddəs əşya olacaq. Qurban kəsməyə gələnlər bu qazanlarda ət bişirəcəklər. O gün ordular Allahı Yehovanın evində bir nəfər də kənani* qalmayacaq».+

Haşiyələr

Yəni 2-ci ayədə sözü gedən şəhərin.
Ölü dəniz.
Aralıq dənizi.
Digər variant: tacir.