Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 13:1—9

MÜNDƏRİCAT

  • Bütlər və saxta peyğəmbərlər silinib atılacaq (1—6)

    • Saxta peyğəmbərlər utanacaq (4—6)

  • Çobanı vuracaqlar (7—9)

    • Bir hissə saf ediləcək (9)

13  O gün Davud evini və Yerusəlim əhlini günahdan və murdarlıqdan təmizləmək üçün su quyusu qazılacaq».+  Ordular Allahı Yehova bəyan edir: «O gün ölkədən bütlərin adını siləcəyəm,+ onlar bir də xatırlanmayacaq. Peyğəmbərləri+ və murdarlıq ruhunu da bu diyardan yox edəcəyəm.  Əgər kimsə yenidən peyğəmbərlik etsə, onu dünyaya gətirən ata-anası ona deyəcək: “Sən yaşamayacaqsan, çünki Yehovanın adı ilə yalan danışırsan”. O, peyğəmbərlik etdiyi üçün onu dünyaya gətirən ata-anası onun bədənini deşəcək.+  O gün peyğəmbərlər peyğəmbərlik vəhylərinə görə utanacaqlar, onlar tüklü paltar+ geyinərək xalqı aldatmayacaqlar.  Onlar deyəcək: “Mən peyğəmbər deyiləm. Mən əkinçiyəm, çünki cavanlığımda bir adam məni özünə qul alıb”.  Ondan soruşanda: “Bədənindəki* yaralar nədir?” O: “Bunlar əzizlərimin evində yediyim kötəklərin yeridir”, — deyəcək».   «Ey qılınc, çobanımın,+ Dostumun üstünə qalx!» — bəyan edir ordular Allahı Yehova. «Çobanı vur,+ qoy sürü pərən-pərən olsun.+ Kiçiklərə lütf göstərəcəyəm».   Ordular Allahı Yehova bəyan edir: «Bütün diyarda camaatın üçdə ikisi qırılıb öləcək, Amma bir hissəsi qalacaq.   Həmin bir hissəni Mən oddan-alovdan keçirəcəyəm. Onları gümüşü saflaşdırantək saf edəcəyəm, Qızılı yoxlayantək yoxlayacağam.+ Onlar Məni adımla çağıracaq, Mən onlara hay verəcəyəm. Deyəcəyəm: “Bu, Mənim xalqımdır”,+ Onlar da: “Yehova bizim Allahımızdır”, — deyəcək».

Haşiyələr

Hərfən: əllərinin arasındakı. Yəni sinədəki və ya kürəkdəki.