Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 11:1—17

MÜNDƏRİCAT

  • Allahın çobanını rədd etməyin nəticəsi (1—17)

    • Ölümə gedən sürünü otar (4)

    • İki dəyənək: Lütf və Birlik (7)

    • Çobanın haqqı: otuz gümüş (12)

    • Xəzinəyə atılmış pul (13)

11  «Ey Livan, qapılarını aç, Qoy sidrləri alov yandırıb kül etsin.   Ey ardıc ağacı, fəryad et, çünki sidr ağacı yıxıldı, Möhtəşəm ağaclar məhv oldu! Ey Başan palıdları, fəryad edin, Keçilməz meşə məhv oldu!   Dinləyin! Çobanlar fəğan edir, Onların yaşıl otlaqları boş qalıb. Dinləyin! Gənc aslanlar nərildəyir, İordanboyu cəngəlliklər məhv olub.  Allahım Yehova deyir: “Ölümə gedən sürünü otar.+  Sürünü alanlar qoyun-quzunu öldürür,+ amma təqsirkar bilinmir. Satanlarsa+ belə deyir: “Yehovaya şükür, varlanacağam”. Çobanların onlara yazığı gəlmir”.+  “Bu diyarın sakinlərinə daha rəhm etməyəcəyəm, — bəyan edir Yehova. — Hər kəsi soydaşına və padşahına təslim edəcəyəm. Onlar bu ölkəni darmadağın edəcəklər, heç birini onların əlindən qurtarmayacağam”».  Ey sürüdəki məzlumlar! Ölümə gedən sürünü sizdən ötrü otardım.+ İki dəyənək götürdüm. Birinə «Lütf», digərinə «Birlik»+ adını qoydum və sürünü otarmağa başladım.  Bir ayın içində üç çobanı qovdum, çünki onlar məni təngə gətirmişdi, onların da məndən zəhləsi gedirdi.  Sonra dedim: «Daha sizi otarmayacağam. Ölən ölsün, qırılan qırılsın! Sağ qalanlar isə qoy bir-birinin ətini yesin». 10  Mən «Lütf»+ adlı dəyənəyimi götürüb sındırdım. Beləcə, xalqımla bağladığım əhdi pozdum. 11  Əhd o gün ləğv oldu, mənə baxan sürüdəki məzlumlar bildilər ki, bu, Yehovanın sözüdür. 12  Mən onlara dedim: «Əgər sizə xoşdursa, mənə haqqımı verin, xoş deyilsə, verməyin». Onlar otuz gümüş sayıb haqqımı verdilər.+ 13  Onda Yehova mənə dedi: «Budur onların Mənə verdiyi yüksək qiymət! At onları xəzinəyə!»+ Mən də otuz gümüşü götürüb Yehovanın evindəki xəzinəyə atdım.+ 14  Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlıq tellərini kəsmək üçün+ «Birlik»+ adlı o biri dəyənəyimi də sındırdım. 15  Yehova mənə dedi: «Yarıtmaz çobanın əşyalarını götür.+ 16  Mənim iznimlə ölkədə bir çoban peyda olacaq. O, tələf olanlara məhəl verməyəcək,+ quzuları axtarmayacaq, yaralıları sağaltmayacaq,+ sağlamları bəsləməyəcək. Əksinə, kök qoyunların ətini yeyəcək,+ dırnaqlarını qoparacaq.+ 17  Sürünü atıb gedən+ fərsiz çobanımın vay halına!+ Qılınc onun qolundan və sağ gözündən vuracaq. Onun əl-qolu quruyacaq, Sağ gözü kor olacaq».

Haşiyələr