Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 10:1—12

MÜNDƏRİCAT

  • Saxta allahlardan yox, Yehovadan yağış diləyin (1, 2)

  • Yehova xalqını birləşdirir (3—12)

    • Başçı Yəhuda evindən çıxacaq (3, 4)

10  «Yaz yağışı mövsümündə Yehovadan yağış diləyin. Yehovadır qara buludları yaradan, İnsanlar üçün yağışlar yağdıran,+ Hər kəsin tarlasını göyərdən.   Ev bütləri* yalan danışır, Falçılar yalan vəhylər görür, Mənasız yuxular danışaraq Boş-boşuna təsəlli verməyə çalışırlar. Buna görə camaat qoyun kimi azacaq, Çobanları olmadığından əziyyət çəkəcəklər.   Çobanlara qarşı qəzəbim alovlandı. Zalım başçılardan* hesabat tələb edəcəyəm. Çünki ordular Allahı Yehova Öz sürüsünə,+ Yəhuda evinə nəzər saldı, Döyüşdə onu Özünün şahanə atı etdi.   Başçı* ondan çıxacaq, Arxa-dayaq olacaq hökmdar* da ondan çıxacaq, Hərb kamanı və bütün nəzarətçilər ondan çıxacaq. Bəli, hamısı ondan çıxacaq.   Onlar döyüş vaxtı küçələrin palçığını tapdalayan cəngavər kimi olacaqlar. Onlar döyüşəcəklər, Çünki Yehova onlarla olacaq.+ Düşmən atlıları isə biabır olacaqlar.+   Mən Yəhuda evini güclü edəcəyəm, Yusif evini qurtaracağam,+ Onlara rəhm edəcəyəm,+ Onları qaytaracağam, Sanki, onları heç vaxt rədd etməmişəm.+ Onlara hay verəcəyəm, axı Mən onların Allahı Yehovayam.   Əfraimlilər igid kimi olacaq, Ürəkləri, şərab içmiş kimi, cuşa gələcək.+ Oğulları bunu görüb şadlanacaq, Ürəklərinin sevinci Yehova olacaq.+   “Fit çalıb onları bir yerə toplayacağam. Onları qurtaracağam,+ onlar artacaqlar, Çoxaldıqca çoxalacaqlar.   Onları toxum kimi xalqlar arasına səpələsəm də, Çox-çox uzaqlarda Məni xatırlayacaqlar. Oğulları ilə birgə dirçəlib qayıdacaqlar. 10  Onları Misir torpağından qaytaracağam, Aşşurdan toplayacağam,+ Gilad torpağına+ və Livana gətirəcəyəm. Onlara yer bəs etməyəcək.+ 11  O, dənizi yarıb keçəcək, onu təlatümə gətirəcək, Dalğaları vurub yatıracaq,+ Nilin dibi quruyacaq. Aşşurun qüruru yerə vurulacaq, Misirin hökmdar əsası əlindən alınacaq.+ 12  Mən Yehova onları güclü edəcəyəm.+ Onlar adıma layiq yaşayacaqlar”,+ — bəyan edir Yehova».

Haşiyələr

Hərfən: təkələrdən.
Hərfən: künc bürcü. Nüfuz sahibi və ya başçı timsalı.
Hərfən: mıx. Arxa-dayaq olan adam və ya hökmdar timsalı.