Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəkəriyyə 1:1—21

MÜNDƏRİCAT

  • Yehova xalqı dönməyə çağırır (1—6)

    • Mənə tərəf dönün (3)

  • 1-ci vəhy: dörd atlı (7—17)

    • Yehova yenə Sionun halına acıyacaq (17)

  • 2-ci vəhy: dörd buynuz və dörd usta (18—21)

1  Daranın hakimiyyətinin ikinci ilinin səkkizinci ayında+ İddu oğlu Bərxiyanın oğlu Zəkəriyyə* peyğəmbərə+ Yehovanın sözü nazil oldu:  «Yehova atalarınıza bərk qəzəblənmişdi.+  Onlara söylə ki, ordular Allahı Yehovanın sözü budur: “Mənə tərəf dönün, — bəyan edir ordular Allahı Yehova, — Mən də sizə tərəf dönərəm,+ — deyir ordular Allahı Yehova”.  Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər: “Ordular Allahı Yehovanın sözü budur: “Pis yollarınızdan, şər əməllərinizdən əl çəkin, Mənə tərəf dönün”, — deyərək onları səsləyirdilər”.+ “Amma onlar Məni eşitmədilər, Mənə etina etmədilər”,+ — bəyan edir ordular Allahı Yehova.  Hanı atalarınız? Hanı peyğəmbərləriniz? Onlar əbədi qaldılar?  Məgər qulum peyğəmbərlərə buyurduğum sözlər və hökmlər atalarınızın dövründə icra olmadı?+ Onlar etiraf edib demişdilər: “Ordular Allahı Yehova yollarımıza və əməllərimizə görə bizə nə etmək istədisə, onu da etdi”».+  Daranın hakimiyyətinin ikinci ilində,+ on birinci ay olan şvat* ayının iyirmi dördüncü günündə mənə, İddu oğlu, Bərxiya oğlu Zəkəriyyə peyğəmbərə Yehovanın sözü nazil oldu.  Gecə vaxtı idi. Mən röyada gördüm ki, dərədə, mərsin ağaclarının arasında qırmızı atın belində bir adam dayanıb. Onun arxasında qırmızı, kəhər və ağ atlar var.  Mən soruşdum: «Ağam, bu atlılar kimdir?» Mənimlə danışan mələk cavab verdi: «Onların kim olduğunu sənə göstərəcəyəm». 10  Mərsin ağaclarının arasında dayanan adam belə dedi: «Bunları Yehova dünyanı gəzib-dolaşmaq üçün göndərib». 11  Onlar mərsin ağaclarının arasında dayanan Yehovanın mələyinə dedilər: «Biz dünyanı gəzib-dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq içindədir».+ 12  Onda Yehovanın mələyi dedi: «Ey ordular Allahı Yehova, bu yetmiş il ərzində+ qəzəbləndiyin Yerusəlim və Yəhuda şəhərlərindən mərhəmətini nə vaxtadək əsirgəyəcəksən?»+ 13  Yehova mənimlə danışan mələyə xoş, təsəlliverici sözlərlə cavab verdi. 14  Mənimlə danışan mələk mənə dedi: «Car çəkib de: “Ordular Allahı Yehova belə deyir: “Mən Yerusəlimin və Sionun qeyrətini çəkirəm, qeyrətim sarsılmazdır.+ 15  Arxayın yaşayan xalqlara qarşı bərk qəzəblənmişəm,+ çünki Mən xalqıma azca hirslənmişdim,+ onlar isə xalqıma divan tutdular”.+ 16  Buna görə Yehova deyir: “Mən Yerusəlimə mərhəmətlə qayıdacağam.+ Mənim evim orada tikiləcək,+ — bəyan edir ordular Allahı Yehova, — bütün Yerusəlim boyu ölçü ipi çəkiləcək”.+ 17  Həmçinin car çəkib de: “Ordular Allahı Yehova deyir: “Şəhərlərimin neməti yenə aşıb-daşacaq, Yehova yenə Sionun+ halına acıyacaq və yenə Yerusəlimi seçəcək”».+ 18  Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm.+ 19  Mənimlə danışan mələkdən soruşdum: «Bunlar nədir?» O, mənə cavab verdi: «Bunlar Yəhudanı,+ İsraili+ və Yerusəlimi+ didərgin salmış buynuzlardır». 20  Sonra Yehova mənə dörd usta göstərdi. 21  Mən soruşdum: «Onlar nə etmək istəyirlər?» O dedi: «Buynuzlar Yəhudanı elə səpələdilər ki, heç kim başını qaldıra bilmədi. Bu ustalar isə gəlib ki, Yəhuda diyarına buynuz qaldırıb səpələyən xalqları dəhşətə salsın və buynuzlarını qırıb atsın».

Haşiyələr

Mənası: Yehova xatırladı.