Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 99:1—9

MÜNDƏRİCAT

  • Yehova müqəddəs padşahdır

    • O, kərrublar üzərində əyləşib (1)

    • Yehova əfv edir, amma cəzasız da qoymur (8)

99  Yehova padşah oldu!+ Qoy xalqlar titrəsin. O, kərrublar üzərində* əyləşib.+ Qoy dünya lərzəyə gəlsin.   Yehova Sionda əzəmətlidir, O, bütün xalqlar üzərində ucadır.+   Qoy Sənin ulu adına tərif desinlər,+ Çünki adın zəhmlidir, müqəddəsdir.   Sən ədaləti sevən+ qüdrətli hökmdarsan. Doğruluğu qurub möhkəmlədən Sənsən. Yaqubda ədalət və salehlik bərqərar etdin.+   Allahımız Yehovanı ucaldın,+ ayaq kətili önündə səcdə edin,+ O, müqəddəsdir.+   Onun kahinləri arasında Musa və Harun olub,+ Adını çağıranlar arasında İşmuil də olub.+ Onlar Yehovanı çağırırdı, O hay verirdi.+   Onlarla bulud sütunu içindən danışırdı.+ Onun öyüdlərinə, qayda-qanununa əməl edirdilər.+   Ey Allahımız Yehova, Sən onlara hay verirdin,+ Əfv edən Allah olduğunu göstərirdin,+ Amma günahlarının da cəzasını verirdin.+   Allahımız Yehovanı ucaldın,+ Müqəddəs dağının önündə səcdə edin,+ Çünki Allahımız Yehova müqəddəsdir!+

Haşiyələr

Digər variant: arasında.