Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 98:1—9

MÜNDƏRİCAT

  • Yehova xilaskardır, ədalətli hakimdir

    • Yehova qurtuluşunu izhar etdi (2, 3)

Məzmur. 98  Yehovanın şəninə yeni nəğmə oxuyun,+ O, xariqələr yaratdı,+ Sağ əli ilə, müqəddəs qolu ilə qurtuluş gətirdi.+   Yehova qurtuluşunu izhar etdi,+ Ədalətini xalqların önündə nümayiş etdirdi.+   İsrail evinə vəd etdiyi məhəbbəti və sədaqəti yada saldı.+ Allahımızın verdiyi xilas dünyanın hüdudlarında aşkar oldu.+   Ey dünya, Yehovaya zəfər nidaları yüksəlt, Şadlan, haray sal, Allahın şəninə nəğmələr söylə.+   Yehovanı çəngdə tərənnüm et, Çəngdə, gözəl hava ilə.   Kərənay, şeypur səsləri altında+ Padşah Yehovanın önündə zəfər harayı ucalt.   Qoy dəniz, onun içindəkilər, Yer üzü, onun sakinləri gurlasın.   Qoy çaylar əl çalsın, Dağlar birgə sevinc harayı salsın+   Yehovanın önündə, çünki O, dünyanı mühakimə etməyə gəlir. Dünyanı ədalətlə, Xalqları insafla mühakimə edəcək.+

Haşiyələr