Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 97:1—12

MÜNDƏRİCAT

  • Yehova başqa allahlardan ucadır

    • Yehova padşah oldu! (1)

    • Yehovanı sevin, pisliyə nifrət edin (10)

    • Saleh adam üçün parlayan işıq (11)

97  Yehova padşah oldu!+ Qoy yer sevinsin,+ Adalar şadlansın.+   Buludlar, qatı zülmət Onun ətrafındadır,+Doğruluq və ədalət taxtının təməlidir.+   Önündə alov gedir,+Hər tərəfdə düşmənlərini yandırıb kül edir.+   Şimşəkləri torpağı işıqlandırır,Yer bunu görüb titrəyir.+   Dağlar mum kimi əriyir Yehovanın önündə,+Xudavəndi-aləmin önündə.   Göylər Onun ədalətini bəyan edir,Xalqlar Onun calalını görür.+   Qoy utansın oyma bütlərə qulluq edənlər,+Puç allahları ilə öyünənlər.+ Onun qarşısında əyilin, ey bütün allahlar!+   Ey Yehova,Hökmlərini eşidəndə Sion sevindi,+Yəhuda şəhərləri* şadlandı.+   Çunki dünyada Haqq-Taala Sənsən, ey Yehova,Bütün allahlardan qat-qat ucasan.+ 10  Ey Yehovanı sevənlər, pisliyə nifrət edin,+ O, sadiq bəndələrinin canını hifz edir,+Onları pislərin əlindən qurtarır.+ 11  Saleh adam üçün işıq parladı,+Ürəyidüz adamlar üçün sevinc ələndi. 12  Ey salehlər, Yehova olsun sevinciniz,Onun müqəddəs adına şükür edin!

Haşiyələr

Hərfən: qızları.