Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 96:1—13

MÜNDƏRİCAT

  • Yehovanın şəninə yeni nəğmə oxuyun

    • Yehova hədsiz tərifə layiqdir (4)

    • Xalqların allahları heçdir (5)

    • Müqəddəs libaslarda səcdə qılın (9)

96  Yehovanın şəninə yeni nəğmə oxuyun.+ Yehovanın şəninə nəğmə oxu, ey dünya!+   Yehovanın şəninə nəğmə deyin, adını tərənnüm edin, Verdiyi qurtuluşu günbəgün müjdələyin.+   Xalqlara şan-şöhrətini, Bütün ellərə xariqələrini bəyan edin.+   Yehova böyükdür, hədsiz tərifə layiqdir, Bütün allahlardan zəhmlidir.   Axı xalqların allahları heçdir,+ Yehova isə göylərin yaradanıdır.+   Əzəmət və calal hüzurunda,+ Qüdrət və gözəllik müqəddəs məkanındadır.+   Ey xalqların tayfaları, Yehovaya şərəf verin! Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin!+   Yehovaya adına layiq şərəf verin!+ Bəxşiş gətirib Onun həyətlərinə gəlin.   Müqəddəs libaslarda* Yehovaya səcdə qılın, Onun önündə tir-tir əs, ey dünya! 10  Xalqlara car çəkin: «Yehova padşah oldu!+ Yer möhkəm qurulub, əsla sarsılmaz, O, xalqları insafla mühakimə edəcək».+ 11  Qoy göylər sevinsin, yer üzü şadlansın, Dəniz və dənizdə nə varsa, gurlasın.+ 12  Çöl-biyaban, orada nə varsa, cuşa gəlsin,+ Meşədəki ağaclar da sevinc harayı salsın+ 13  Yehovanın önündə, çünki O gəlir, Dünyanı mühakimə etməyə gəlir. O, dünyanı ədalətlə,+ Xalqları Öz sədaqətilə mühakimə edəcək.+

Haşiyələr

Digər variant: müqəddəsliyinin ehtişamına görə.