Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 95:1—11

MÜNDƏRİCAT

  • Haqq din itaətkarlıqla qoşa addımlayır

    • Bu gün Ona qulaq asın (7)

    • Ürəyinizi inadkar etməyin (8)

    • «Onlar istirahətimə qovuşmayacaqlar» (11)

95  Gəlin Yehovaya sevinc sədaları yüksəldək! Qurtuluş qayamızı zəfər nidaları ilə mədh edək!+   Onun hüzuruna şükranlarla gələk,+ Ona nəğmə oxuyaq, zəfər sədaları ucaldaq!   Çünki Yehova əzəmətli Allahdır, Bütün allahlar üzərində uca hökmdardır.+   Yerin dərin qatları Onun əlindədir, Dağların zirvələri Onundur.+   Yaratdığı dənizin sahibi Odur,+ Torpaq da Onun əllərinin işidir.+   Gəlin Ona ibadət edək, qarşısında baş əyək, Xaliqimiz Yehovanın önündə diz çökək.+   Axı O, Allahımızdır, O, bizi sürütək bəsləyib-əzizləyir, Biz Onun otlağının xalqıyıq.+ Bu gün Ona qulaq asın:+   Ürəyinizi inadkar etməyin, Səhrada, Masahda olduğu kimi, Məribada olduğu kimi.+   O zaman atalarınız Məni sınadılar,+ Etdiklərimi görə-görə Məni sınağa çəkdilər.+ 10  Qırx il bu nəslə nifrət etdim və dedim: «Bu xalqın ürəyi elə hey azır, Yollarımı tanımırlar». 11  Buna görə qəzəblənib and içdim: «Onlar istirahətimə qovuşmayacaqlar».+

Haşiyələr