Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 94:1—23

MÜNDƏRİCAT

  • Qisası yerdə qoymayan Allah

    • Nə vaxtacan pislər bayram edəcək? (3)

    • Yehovanın tərbiyə etdiyi insan bəxtiyardır (12)

    • Yehova xalqını atmaz (14)

    • Qanun adı ilə pislik törədənlər (20)

94  Ey Yehova, qisası yerdə qoymayan Allah,+ Ey qisası yerdə qoymayan Allah, nurunu saç!   Ey dünyanın Hakimi,+ qalx, Məğrurların layiqli cəzasını ver.+   Ey Yehova, nə vaxtacan, Nə vaxtacan pislər bayram edəcək?+   Onlar boş-boş, lovğa-lovğa danışırlar. Bədəməl insanlar özləri ilə öyünürlər.   Ey Yehova, xalqını əzib-tapdalayır,+ İrsinə zülm edirlər.   Dulları, qəribləri öldürürlər, Yetimləri qırırlar.   Deyirlər: «Yah bunu görmür,+ Yaqubun Allahı bunlara fikir vermir».+   Başa düşün, ey nadanlar! Ey ağılsızlar, nə vaxt dərrakəniz olacaq?+   Qulağı yaradan eşitməzmi? Gözə quruluş verən görməzmi?+ 10  Xalqları tərbiyə edən tənbeh etməzmi?+ İnsanlara bilik verən Odur!+ 11  Yehova insanın düşüncələrini bilir, Bilir ki, onlar puçdur.+ 12  Ey Yah, tərbiyə etdiyin,+ Qanununu öyrətdiyin insan nə bəxtiyardır!+ 13  Pislərə qəbir qazılanadək, Ağır günlərində ona dinclik verirsən.+ 14  Yehova xalqını atmaz,+ İrsini+ tərk etməz. 15  Hökm yenə ədalətli olacaq, Ürəyidüz adamlar ona tabe olacaq. 16  Kim mənim üçün pislərlə döyüşəcək? Kim mənim üçün bədəməllərin qabağına çıxacaq? 17  Yehova kömək etməsəydi, Az qala yox olmuşdum.+ 18  «Ayağım büdrəyir», — deyəndə Məhəbbətin mənə dayaq oldu,+ ey Yehova. 19  Fikirlər məni çulğayanda Mənə təsəlli verib ovutdun.+ 20  Qanun adı ilə pislik törədən+ Haqsızlıq taxtı* Sənə müttəfiq olarmı? 21  Onlar salehə amansız hücum edir,+ Günahsıza ölüm hökmü çıxarırlar.+ 22  Yehova mənə möhkəm sığınacaq olacaq, Allahım sığınacaq qayamdır.+ 23  Allah onların pisliyini öz başlarına gətirəcək,+ Şər əməlləri ilə özlərini məhv edəcək. Allahımız Yehova onları məhv edəcək.+

Haşiyələr

Yaxud hökmdarları, hakimləri.