Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 92:1—15

MÜNDƏRİCAT

  • Yehova əbədilik ucadır

    • Yehovanın böyük işləri, dərin düşüncələri (5)

    • Salehlər ağactək çiçəklənəcək (12)

    • Ahıllar da bar verəcəklər (14)

Şənbə günü üçün məzmur. 92  Nə yaxşıdır Sənə həmd etmək, ey Yehova,+Nə yaxşıdır adını nəğmədə tərənnüm etmək, ey Haqq-Taala!   Səhərlər məhəbbətindən,+Gecələr sədaqətindən danışmaq,   Setarın, on telli alətin,Çəngin avazı altında.+   Əməllərinlə məni sevindirdin, ey Yehova,Əllərinin işindən cuşa gəlirəm.   Ey Yehova, necə də böyük işlər görmüsən!+ Düşüncələrin necə dərindir!+   Nadan adam bunları bilməz,Səfehin ağlı bunu kəsməz:+   Pislərin alaq otu kimi bitməsi,Bədəməllərin çiçəklənməsiOnları əbədilik məhvə aparır.+   Sən isə, ey Yehova, əbədilik ucasan.   Bax! Ey Yehova, müzəffər nəzərlə düşmənlərinə bax,Gör onlar necə yox olacaq,Bədəməllərin hamısı pərən-pərən düşəcək.+ 10  Məni isə çöl öküzütək güclü edərsən.Bədənimə təzə yağ sürtərəm.+ 11  Gözüm müzəffər nəzərlə düşmənlərə baxar,+Qulağım üstümə gələn pislərin məğlubiyyətini eşidər. 12  Salehlər xurma ağacıtək çiçəklənəcək,Livandakı sidr ağacıtək uca olacaq.+ 13  Onlar Yehovanın evində əkilib,Allahımızın həyətində çiçək açır.+ 14  Saçları ağaranda da bar verəcəklər,+Sapsağlam, təravətli olacaqlar.+ 15  Bəyan edəcəklər ki, Yehova doğrudur. O, mənim qayamdır,+ Onda haqsızlıq yoxdur.

Haşiyələr