Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 91:1—16

MÜNDƏRİCAT

  • Allaha pənah gətirən müdafiə olunur

    • Ovçunun tələsindən qurtuluş (3)

    • Allahın qanadları altında sığınacaq (4)

    • Min adam yıxılar, sənə xətər dəyməz (7)

    • Mələklər Allahın bəndələrini qoruyar (11)

91  Haqq-Taalanın pənahında yaşayan+ Qüdrət Sahibinin kölgəsində yuva tapar.+   Yehovaya deyərəm: «Pənahgahım, istehkamım,+ Allahım Sənsən, Sənə güvənirəm».+   O, səni ovçunun tələsindən, Ölüm gətirən azardan qurtarar.   Pərlərini üstünə gərər, Qanadları altına sığınarsan,+ Sədaqəti+ sənə qalxan,+ istehkam olar.   Nə gecənin vahiməsindən qorxarsan,+ Nə gündüz atılan oxdan,+   Nə zülmətdə dolaşan azar-bezardan, Nə günorta çalıb-çapan qırğından.   Yan-yörəndə min adam, Sağ tərəfində on min adam yerə sərilər, Sənə isə xətər dəyməz.+   Bunu gözünlə görəcəksən, Pislərin aldığı cəzanın şahidi olacaqsan.   Axı: «Yehovadır mənim pənahım», — demişdin, Haqq-Taalanı özünə məskən* etmişdin.+ 10  Sənə bədbəxtlik üz verməz,+ Bəla çadırına yaxın gəlməz. 11  Addımlarını qorusunlar deyə, Mələklərinə+ əmr edəcək,+ 12  Ayağın daşa dəyməsin deyə, Səni əlləri üstündə aparacaqlar.+ 13  Gənc aslanı, kobranı tapdalayarsan, Şiri, nəhəng ilanı ayağınla əzərsən.+ 14  Allah deyir: «O ki Məni sevdi, onu qurtaracağam,+ Adımı tanıdığı üçün onu hifz edəcəyəm.+ 15  Məni çağıracaq, ona hay verəcəyəm,+ Dar günündə yanında olacağam,+ Onu qurtaracağam, şərəfə yüksəldəcəyəm. 16  Ona uzun ömür bəxş edəcəyəm,+ Qurtuluşumu ona göstərəcəyəm».+

Haşiyələr

Digər variant: qala, sığınacaq.