Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 90:1—17

MÜNDƏRİCAT

  • Əbədi Allah və qısa ömürlü insan

    • Min il ötən bir günə bənzər (4)

    • 70—80 il yaşayır (10)

    • Bizi öyrət ki, günlərimizin qədrini bilək (12)

Allahın qulu Musanın+ duası. 90  Ey Yehova, bütün nəsillər boyu məskənimiz* Sənsən.+   Dağlar doğulmazdan əvvəl,Sən dünyanı, torpağı var etməzdən əvvəl+Əzəldən əbədiyyətə Allah Sənsən.+   Fani insanı torpağa qaytarırsan,«Ey bəşər oğulları, torpağa qayıdın», — deyirsən.+   Sənin gözündə min il ötüb keçən gün kimidir,+Gecə növbəsinə bənzər.   Onları silib-süpürürsən,+ yuxutək keçib gedirlər,Səhər çağı onlar, sanki, cücərən otlardır.+   Səhər çiçək açır, təzə-tər olur,Axşam çağı solur, quruyub gedir.+   Qəzəbin bizi bürüyüb udur,+Hiddətin canımıza vahimə salır.   Təqsirlərimizdən agahsan*,+Üzünün nuru sirlərimizi aşkar edir.+   Qəzəbindən ömür-günümüz bitir,İllərimiz pıçıltıtək kəsilir. 10  Yetmiş il ancaq yaşarıq,Canı sağlam olan, bəlkə, səksənə+ yetişə. O da ki əzabla, qəm-qüssə ilə keçər,Ömrümüz tez ötür, uçub gedirik.+ 11  Qəzəbinin şiddətini kim anlaya bilər? Hiddətin canımızdakı xofun qədər böyükdür.+ 12  Bizi öyrət ki, günlərimizin qədrini bilək,+Ürəyimiz hikmətli olsun. 13  Qayıt, ey Yehova!+ Axı nə vaxtadək belə davam edəcək?+ Bəndələrinə yazığın gəlsin.+ 14  Sübh tezdən bizi məhəbbətinlə doyuzdur ki,+Şaqraq səsimiz yüksəlsin, ömür boyu sevincimiz aşıb-daşsın.+ 15  Qəm-qüssə verdiyin günlərin sayı qədər,+Əzab-əziyyət çəkdiyimiz illərin sayı qədər+ sevinc ver bizə. 16  Qoy işlərin qullarına bəlli olsun,Əzəmətin onların oğulları üzərinə şəfəq saçsın.+ 17  Allahımız Yehovanın lütfü üstümüzdən əskik olmasın,Qoy əlimizin işi avand olsun. Özün işimizi avand elə.+

Haşiyələr

Digər variant: sığınacağımız.
Hərfən: təqsirlərimizi qarşına qoyursan.