Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 9:1—20

MÜNDƏRİCAT

  • Allahın xariqüladə işlərindən danışmaq

    • Yehova sığınacaqdır (9)

    • Allahın adını tanıyan Ona təvəkkül edir (10)

Dirijora. Mutlabben* üçün. Davudun məzmuru. א [Alef]* 9  Bütün qəlbimlə Səni mədh edərəm, ey Yehova, Xariqüladə işlərindən danışaram.+   Fərəhim, hədsiz sevincim Sənsən, Adını nəğmələrdə tərənnüm edərəm, ey Haqq-Taala!+ ב [Bet]   Düşmənlər geri çəkiləndə+ Büdrəyib önündən yox olacaqlar.   Mənim haqq işimi müdafiə edirsən; Taxtına əyləşərək ədalətlə hökm edirsən.+ ג [Qimel]   Xalqları məzəmmət etdin,+ pislərin kökünü kəsdin, Adlarını əbədilik sildin.   Düşmən həmişəlik məhv olub, Şəhərlərini yerlə yeksan etmisən, Xatirələri də büsbütün məhv olacaq.+ ה [He]   Lakin Yehova taxtında əbədi əyləşib,+ O, taxtını ədalət üçün qurub.+   O, dünyanı ədalətlə mühakimə edəcək,+ Ümmətlərə haqq hökmlər çıxaracaq.+ ו [Vav]   Yehova məzlumlar üçün pənah yeri,+ Dar gündə sığınacaqdır.+ 10  Adını tanıyanlar Sənə təvəkkül edir, ey Yehova,+ Səni axtaranlardan üz döndərməzsən.+ ז [Zayn] 11  Sionda yaşayan Yehovanı nəğmələrdə tərənnüm edin, Xalqlar arasında işlərindən danışın!+ 12  Qanlarının intiqamını Alan onları yadda saxlayır,+ O, məzlumların fəryadını unutmaz.+ ח [Xet] 13  Lütf et, ey Yehova, ey məni ölüm qapılarından qaldıran,+ Mənə nifrət edənlərin zülmünü gör. 14  Onda Sion qızının qapılarında tərifli işlərini bəyan edərəm,+ Verdiyin qurtuluşa sevinərəm.+ ט [Tet] 15  Xalqlar qazdıqları quyuya özləri düşüb, Ayaqları sərdikləri tora ilişib.+ 16  Yehova icra etdiyi hökmlərlə tanınır.+ Şər adam öz əməllərinin tələsinə düşüb.+ Hiqqayon*. (Selah) י [Yud] 17  Şər adamlar, Allahı unudan bütün xalqlar Məzara* gedəcək. 18  Yoxsullarsa həmişəlik unudulmaz,+ Fağırların ümidi heç vaxt itməz.+ כ [Kaf] 19  Qalx, ey Yehova! Qoyma fani insan üstün gəlsin, Qoy xalqlar Sənin önündə məhkum edilsin.+ 20  Ey Yehova, xalqların canına qorxu sal,+ Qoy bilsinlər ki, fani insandırlar. (Selah)

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
İbr. şeol. Lüğətə bax.