Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 89:1—52

MÜNDƏRİCAT

  • Yehovanın məhəbbətinin tərənnümü

    • Davudla bağlanmış əhd (3)

    • Davudun övladı əbədilik bərqərar ediləcək (4)

    • Allahın məsh etdiyi Onu Ata çağırır (26)

    • Davudla kəsilən əhd qətidir (34—37)

    • İnsan canını Məzardan qurtara bilməz (48)

Əzrahlı İtanın+ Maskili*. 89  Yehovanın məhəbbətini daim nəğmələrdə tərənnüm edərəm. Dilim Sənin sədaqətini bütün nəsillərə bəyan edəcək.   Deyirəm: «Məhəbbətin əbədi duracaq.+Sədaqətini göylərdə bərqərar etmisən».   Sən dedin: «Seçdiyim qulumla əhd bağlamışam,+Qulum Davuda and içmişəm:+   “Övladını* əbədilik bərqərar edəcəyəm,+Taxtını quracağam, nəsillər boyu duracaq”».+ (Selah)   Ey Yehova, göylər xariqələrini mədh edir,Müqəddəslər məclisində sədaqətini.   Göylərdə Yehovanın tayı-bərabəri varmı?+ Allah oğullarından*+ hansı biri Yehovaya bənzər?   Müqəddəslər məclisində Allaha ehtiram var,+O, dövrəsində olanlar üçün böyükdür, zəhmlidir.+   Ey ordular Allahı Yehova,Ey Yah, Səndəki güc kimdə var?+ Sədaqətin ətrafını bürüyüb.+   Kükrəyən dənizi ram edirsən,+Qabaran dalğaları yatırırsan.+ 10  Sən Rahabı*+ əzib leş etdin,+ Qüvvətli qolunla düşmənləri pərən-pərən saldın.+ 11  Göylər də Sənindir, yer də Sənin,+Yer üzünü, onu dolduran hər şeyi Sən yaratmısan.+ 12  Şimalı da, cənubu da yaradan Sənsən,Tabur+ və Hərmun+ sevincdən coşub adını mədh edir. 13  Sənin qolun qüvvətlidir,+Əlin güclüdür,+Sağ əlin ucadır.+ 14  Doğruluq və ədalət taxtının təməlidir,+Məhəbbətlə sədaqət önündə durur.+ 15  Şadlıq səsi bilən xalq nə bəxtiyardır!+ Onlar üzünün nurunda yeriyir, ey Yehova. 16  Adın onlara sevinc bəxş edir gecə-gündüz,Ədalətinlə yüksəlirlər. 17  Çünki qüvvətlərinin tacı Sənsən.+Lütfün gücümüzü ucaldır*.+ 18  Qalxanımız Yehovadandır,Bizə padşahı verən İsrailin Müqəddəsidir.+ 19  O zaman sadiq bəndələrinə vəhydə söylədin: «Bir igidə qüvvət vermişəm,+Xalqın arasından seçdiyimi yüksəltmişəm.+ 20  Qulum Davudu tapıb+Müqəddəs yağımla məsh etmişəm.+ 21  Əlim ona dayaq olacaq,+Qolum ona qüvvət verəcək. 22  Heç bir düşmən ondan xərac ala bilməyəcək,Heç bir şər adam ona zülm etməyəcək.+ 23  Önündən düşmənlərini darmadağın edəcəyəm,+Ona nifrət edənləri vurub yıxacağam.+ 24  Sədaqətim, məhəbbətim onunladır,+Qüdrəti adımla yüksələcək. 25  Onun əlini* dənizlərin,Sağ əlini çayların üzərinə qoyacağam.+ 26  O, Məni: “Sən Atamsan,Allahımsan, xilaskar qayamsan”, — deyə çağıracaq.+ 27  Mən də onu ilk oğul,+Dünyanın şahənşahı edəcəyəm.+ 28  Məhəbbətim əbədiyyən onunla olacaq,+Onunla bağladığım əhd əsla pozulmayacaq.+ 29  Övladını əbədi bərqərar edəcəyəm,Taxtı göylər durduqca duracaq.+ 30  Oğulları qanunumdan çıxıbHökmlərimə əməl etməzsə, 31  Qaydalarımı pozubƏmrlərimə riayət etməzsə, 32  Onları itaətsizliyə görə çubuqla döyəcəyəm,+Təqsirlərinə görə kötəkləyəcəyəm. 33  Amma onu məhəbbətimdən məhrum etməyəcəyəm,+Vədimə xilaf çıxmayacağam. 34  Əhdimi pozmayacağam,+Ağzımdan çıxan sözü dəyişməyəcəyəm.+ 35  Müqəddəsliyimə bir kərə and içmişəm,Davuda yalan danışmaram.+ 36  Övladı əbədi qalacaq,+Günəş durduqca taxtı hüzurumda duracaq,+ 37  Səmadakı vəfalı şahid kimi,Ay kimi, əbədilik bərqərar olacaq». (Selah) 38  Lakin Sən məsh etdiyini atdın, rədd etdin,+Ona qarşı qəzəbin alovlandı. 39  Qulunla bağladığın əhdi ləğv etdin,Onun tacını yerə atıb murdarladın. 40  Daş hasarlarını uçurub dağıtdın,İstehkamlarını yerlə yeksan elədin. 41  Hər yoldan keçən onu soyub-taladı,Qonşuların yanında üzüqara oldu.+ 42  Düşmənlərinə qələbə verdin,+Bütün düşmənlərini sevindirdin. 43  Üstəlik, onun qılıncını geri qaytardın,Döyüşdə onu müvazinətdən çıxartdın. 44  Şan-şöhrətini əlindən aldın,Taxtını yerə saldın. 45  Gənclik illərini qısaltdın,Onu rüsvayçılığa bürüdün. (Selah) 46  Ey Yehova, nə vaxtadək məndən üz döndərəcəksən? Əbədilikmi?+ Qəzəbin nə vaxtadək alovlanacaq? 47  Unutma ki, ömrüm çox qısadır.+ Məgər bəşər oğullarını boş yerə yaratmısan? 48  Hansı insan yaşayıb ölümü dadmayacaq?+ Məzarın* pəncəsindən canını qurtaracaq? (Selah) 49  Ey Yehova, əvvəlki lütfün harada qaldı,Davuda sədaqətlə and içdiyin lütfün?+ 50  Unutma, ey Yehova, bəndələrinə atılan istehzaları,Necə xalqların tənəsini köksümdə gəzdirirəm. 51  Unutma, düşmənlərin necə təhqirlər söyləyir,Məsh etdiyinin hər addımını necə təhqir edirdilər, ey Yehova. 52  Yehovaya əbədi alqış olsun! Amin! Amin!+ Yaha alqış edin!

Haşiyələr

Hərfən: toxumunu.
Yaxud mələklərdən.
Ehtimal ki, Misir, yaxud firon.
Hərfən: buynuzumuzu yüksəldir.
Yaxud nüfuzunu.
İbr. şeol. Lüğətə bax.