Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 88:1—18

MÜNDƏRİCAT

  • Ölümdən qurtulmaq diləyi

    • Canım Məzarın kandarındadır (3)

    • Duam hər səhər dərgahına qalxır (13)

Qarun oğullarının məzmuru.+ Dirijora. Mahalat* üslubunda. Növbə ilə oxumaq üçün. Əzrahlı Himanın+ Maskili*. 88  Yehova, ey qurtuluşumun Allahı,+ Gündüzlər Sənə yalvarıram, Gecələr hüzuruna gəlirəm.+   Qoy duam Sənə yetişsin,+ Qulağını fəryadıma sarı əy.+   Dərd-bəla əlindən təngə gəlmişəm,+ Canım Məzarın* kandarındadır.+   Qəbrə düşənlərin arasında sayılıram,+ Biçarə adam olmuşam,+   Qəbirdə yatan qətl olunmuşlar kimiyəm. Elə bil, məni ölülərin arasında atıb gediblər, Artıq yada salmadığın, Qayğından məhrum olmuşların arasında.   Məni ən dərin qəbrə qoymusan, Zülmətə, dibsiz quyuya qərq etmisən.   Qəzəbin bütün ağırlığı ilə üstümə çöküb,+ Sərt dalğalarınla məni vurub yıxırsan. (Selah)   Dost-tanışı məndən uzaqlaşdırmısan,+ Onlarda mənə qarşı ikrah oyatmısan. Məhbusam, heç yana çıxa bilmirəm.   Çəkdiyim əzablardan gözümün nuru sönüb.+ Ey Yehova, bütün günü Səni çağırıram,+ Əllərimi Sənə açmışam. 10  Məgər xariqələrini ölülərə göstərəcəksən? Məgər aciz ölülər qalxıb Səni mədh edəcək?+ (Selah) 11  Məgər məhəbbətin qəbirdə, Sədaqətin torpaq altında bəyan ediləcək? 12  Məgər möcüzələrin zülmətdə, Ədalətin unudulmuşlar diyarında bilinəcək?+ 13  Yenə də, ey Yehova, Səndən imdad diləyirəm,+ Duam hər səhər dərgahına qalxır.+ 14  Axı niyə məni Özündən kənar edirsən, ey Yehova?+ Axı niyə məndən üz döndərirsən?+ 15  Uşaqlıqdan məzlumam, Ölümün bir addımlığındayam,+ Verdiyin zülmlərdən keyləşib qalmışam. 16  Alovlu qəzəbin başımdan basır,+ Vahiməli işlərin məni məhv edir. 17  Sel suları kimi ətrafımı bürüyür bütün günü, Hər tərəfdən* üstümə gəlir. 18  Dostumu, yoldaşımı məndən uzaqlaşdırdın,+ Zülmət olub həmdəmim.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Digər variant: hamısı birdən.