Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 86:1—17

MÜNDƏRİCAT

  • Yehova kimisi yoxdur

    • Yehova bağışlamağa hazırdır (5)

    • Bütün xalqlar Yehovanın önündə səcdə edəcək (9)

    • Mənə Öz yolunda təlim ver (11)

    • Ürəyimi bütöv et (11)

Davudun duası. 86  Dinlə məni, ey Yehova, mənə hay ver,Axı məzlumam, yazığam.+   Nə olar, canımı qoru, mən ki sadiqəm.+ Sənə güvənən bu bəndəni qurtar,Axı Sənsən mənim Allahım.+   Bütün günü Səni çağırıram,+Ey Yehova, mənə lütf göstər.+   Qulunun könlünü sevindir, ey Yehova,Sənə üz tutmuşam.   Ey Yehova, kəramətlisən,+ bağışlayansan,+Səni çağıranlara qarşı məhəbbətin boldur.+   Duamı dinlə, Yehova,Nə olar, yalvarışıma nəzər sal.+   Dar günümdə Səni çağırıram,+Bilirəm, Sən məni cavabsız qoymazsan.+   Ey Yehova, allahlar arasında Sənin kimisi yoxdur,+Əməllərinin tayı-bərabəri yoxdur.+   Xəlq etdiyin bütün xalqlarHüzuruna gəlib önündə səcdə edəcək, ey Yehova,+Sənin adını mədh edəcək.+ 10  Çünki böyüksən, xariqələr yaradırsan,+Yalnız Sənsən Allah!+ 11  Yehova, mənə Öz yolunda təlim ver,+ Həqiqətində addımlayım.+ Ürəyimi bütöv et ki, adından qorxum.+ 12  Yehova Allahım, bütün qəlbimlə Səni ucaldıram,+Əbədiyyən adını mədh edəcəyəm, 13  Çünki mənə bəslədiyin məhəbbət böyükdür,Canımı Məzarın* dibindən azad etdin.+ 14  Ey Allahım, qürrəlilər əleyhimə qalxır,+Zalımlar dəstəsi canıma qəsd edir,Səni saymır onlar.+ 15  Amma Sən, ey Yehova, rəhmli, mərhəmətli Allahsan,Səbirlisən, məhəbbətin, sədaqətin boldur.+ 16  Mənə tərəf dön, mənə lütf göstər.+ Nə olar, bu bəndənə qüvvət ver,+Kənizinin oğlunu xilas et. 17  Kəramətindən mənə bir nişan ver,Qoy mənə nifrət edənlər bunu görüb utansın. Çünki, ey Yehova, yardımçım, təsəllim Sənsən.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.