Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 85:1—13

MÜNDƏRİCAT

  • Keçmiş günlərə dönmək diləyi

    • Yehova sadiq bəndələrinə sülh barədə danışacaq (8)

    • Məhəbbətlə sədaqətin görüşü (10)

Dirijora. Qarun oğullarının məzmuru.+ 85  Öz ölkənə lütf göstərdin,+ ey Yehova,Yaqubun əsir övladlarını geri qaytardın.+   Xalqının təqsirini bağışladın,Bütün günahlarını əfv etdin.+ (Selah)   Sən bütün hiddətini saxladın,Şiddətli qəzəbini yatırdın.+   Ey xilaskarımız Allah, bizi keçmiş günlərimizə qaytar,Daha bizə acıqlanma.+   Bizə sonsuzadək hirslənəcəksən?+ Qəzəbini nəsildən-nəslə uzadacaqsan?   Məgər bizi dirçəltməyəcəksən ki,Xalqın Səndə sevinc tapsın?+   Bizə məhəbbətini göstər, ey Yehova,+Bizə qurtuluş bəxş et.   Yehova Allahın sözlərini dinləyəcəyəm,O, Öz xalqına, sadiq bəndələrinə sülh barədə danışacaq,+Təki onlar yenə də dikbaş olmasınlar.+   Onun ehtişamı ölkəmizdə yaşasın deyə,Verdiyi qurtuluş Ondan qorxanlara yaxındır.+ 10  Məhəbbətlə sədaqət görüşəcək,Salehliklə sülh öpüşəcək.+ 11  Sədaqət yerdən cücərəcək,Doğruluq göylərdən boylanacaq.+ 12  Yehova da nemət verəcək,+Torpağımız məhsulunu bitirəcək.+ 13  Salehlik Onun önündə gedəcək,+Addımları üçün cığır açacaq.

Haşiyələr