Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 84:1—12

MÜNDƏRİCAT

  • Allahın məskəninin həsrətində

    • Quşlar belə qurbangahında məskən tapır (3)

    • Sənin həyətində keçən bir gün (10)

    • Allah günəşimdir, sipərimdir (11)

Dirijora. Gittit* üçün. Qarun oğullarının məzmuru.+ 84  Ey ordular Allahı Yehova, Əzəmətli məskənin necə də gözəldir!+   Bütün varlığım Yehovanın həyətlərinin həsrətindədir,+ Həsrətdən saralıb-solmuşam. Ürəyim, vücudum var olan Allaha sevinc sədaları ucaldır.   Ey ordular Allahı Yehova, ey Padşahım, Allahım, Sənin möhtəşəm qurbangahının yanında Quşlar belə, məskən tapır, Qaranquşlar yuva qurur, Balalarını orada bəsləyir.   Nə xoşbəxtdir evində yaşayanlar!+ Hey Sənə alqış deyirlər.+ (Selah)   Səndən qüvvət alan insan,+ Evinə gedən yollara könül bağlayan insan nə xoşbəxtdir!   Baka dərəsindən keçəndə, Oranı çeşməli bir məkana döndərir, İlk yağış da oranı bərəkətlə örtür*.   Onlar yeridikcə gücləri artar,+ Hər biri Siona, Allahın hüzuruna gələr.   Ey ordular Allahı Yehova, nə olar, duamı eşit, Dinlə, ey Yaqubun Allahı. (Selah)   Məsh etdiyinin üzünə bax,+ Bax, ey sipərimiz,+ ey Allahımız*. 10  Sənin həyətində keçən bir günü, özgə yerdə keçirdiyim min günə dəyişmərəm.+ Allahın evinin kandarında durmaq Şər adamın çadırında yaşamaqdan qat-qat yaxşıdır. 11  Yehova Allah günəşimdir,+ sipərimdir,+ O lütf göstərər və şan-şöhrət bəxş edər. Kamillik yolunda yeriyənlərdən Yehova yaxşılığını əsirgəməz.+ 12  Ey ordular Allahı Yehova, Nə xoşbəxtdir Sənə güvənən adam!+

Haşiyələr

Digər variant: ustad bərəkətə bürünür.
Digər variant: sipərimizə bax, ey Allah.