Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 83:1—18

MÜNDƏRİCAT

  • Düşmənlə üz-üzə gələn məzmurçunun duası

    • Susma, İlahi (1)

    • Düşmənləri sovrulan tikan komasına çevir (13)

    • Allahın adı Yehovadır (18)

Asəfin məzmuru.+ 83  Nə olar, ey Allahım, sükut etmə,+ Susma İlahi, səssiz qalma!   Bax, düşmənlər kükrəyir,+ Sənə nifrət edənlər lovğalanır.   Xalqına qarşı fitnə-fəsad qururlar, Əziz bəndələrinə qəsd hazırlayırlar.   Deyirlər: «Gəlin bu xalqı yer üzündən silək,+ İsrailin adı bir də dilə gəlməsin».   Sənə qarşı ittifaq bağlayıblar, Yekdil olub məşvərətləşirlər:+   Ədumun və İsmayıl oğullarının çadırları, muabilər+, həcərilər+,   Gebal, Əmun+ və Əmalik, Filişt+ və bütün Sur+ camaatı.   Aşşur+ da onlara qoşulmuş, Lut oğullarına*+ dəstək olmuşlar. (Selah)   Mədyənə etdiyini,+ Qişon vadisində Sisara və Yavinə etdiyini onların başına gətir.+ 10  Onlar Eyn-Dorda+ məhv edildi, Torpaqda peyin oldular. 11  Əsilzadələrini Örəb və Zəəb kimi et,+ Bütün rəhbərləri Zəba və Salmun kimi olsun.+ 12  Çünki onlar demişdilər: «Gəlin Allahın məskənini ələ keçirək». 13  Ey Allahım, onları sovrulan tikan komasına, Küləyin süpürdüyü saman çöpünə çevir.+ 14  Yanğın meşəni yandırdığı kimi, Alov dağları qarsıdığı kimi,+ 15  Onları tufanınla qov,+ Qasırğanla dəhşətə sal.+ 16  Onların üzünü şərəfsizliyə bürü ki, Sənin adını axtarsınlar, ey Yehova. 17  Qoy əbədilik rüsvay olub qorxuya düşsünlər, Rəzil olub məhv olsunlar. 18  Qoy insanlar bilsin ki, adı Yehova olan Sən,+ Dünyada tək Sən ucasan*.+

Haşiyələr

Yəni 6, 7-ci ayələrdə adı çəkilən muabilərə və əmunilərə.
Yaxud Haqq-Taalasan.