Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 81:1—16

MÜNDƏRİCAT

  • İtaətkarlığa çağırış

    • Yad allahlara səcdə etməməli (9)

    • Kaş xalqım Mənə qulaq asaydı (13)

Dirijora. Gittit* üçün. Asəfin məzmuru.+ 81  Qüdrətli Allahımıza+ sevinc sədaları ucaldın, Yaqubun Allahına zəfər harayı yüksəldin!   Mahnı səsi ucaldın, əlinizə qaval,Xoş avazlı çəng, telli alət götürün.   Ay təzələnəndə, ay bədirlənəndə,Bayram etdiyimiz gün şeypur çalın.+   Bu, İsraildə qaydadır,Yaqubun Allahının hökmüdür.+   Xudavənd Misirin üzərinə gedəndə+Bunu Yusifə bir nişan kimi vermişdi.+ Mən orada naməlum bir səs eşitdim:   «Çiynindən yükü götürdüm,+Əlləri səbətdən azad oldu.   Dara düşəndə Məni çağırdın, səni qurtardım,+Şimşək gizlənən yerdən sənə hay verdim.+ Məriba sularında səni sınadım.+ (Selah)   Eşit, ey xalqım, sənə qarşı şəhadət edəcəyəm, Kaş Məni dinləyəydin, ey İsrail.+   Aranızda özgə allah olmamalıdır,Yad allaha səcdə etməməlisiniz.+ 10  Sənin Allahın Mənəm, Yehova,Səni Misirdən çıxaran Allah.+ Ağzını geniş aç, səni doyurum.+ 11  Amma xalqım səsimi eşitmədi,İsrail Mənə boyun əymədi.+ 12  Mən də onları ürəklərinin inadına buraxdım ki,Öz bildiklərini etsinlər.+ 13  Kaş xalqım Mənə qulaq asaydı,+İsrail yollarımla gedəydi!+ 14  Onda düşmənlərini tez ram edərdim,Əlimi yağıların üzərinə qaldırardım.+ 15  Yehovaya nifrət edənlər gəlib qarşısında yerə döşənəcək.Onların halı əbədiyyən belə olacaq. 16  O, səni ən yaxşı buğda ilə bəsləyəcək,+Qayadan çıxan balla doyuracaq».+

Haşiyələr