Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 80:1—19

MÜNDƏRİCAT

  • İsrailin Çobanından dilək

    • «Xudaya, bizi əvvəlki halımıza qaytar» (3)

    • İsrail Allahın üzüm tənəyi (8—15)

Dirijora. «Zanbaqlar» üçün. Öyüd. Asəfin məzmuru.+ 80  Ey İsrailin Çobanı*, eşit, Sənsən Yusifi* sürü kimi aparan.+ Ey kərrublar üzərində* taxtda oturan,+ Şəfəq saç!   Əfraimin, Binyaminin, Mənəssənin önündə Qüdrətini oyandır,+ Gəl, bizi qurtar.+   Xudaya, bizi əvvəlki halımıza qaytar,+ Üzünün nurunu üstümüzə sal, nicat tapaq.+   Ey ordular Allahı Yehova, nə vaxtacan xalqının duasına acıqlanacaqsan?+   Onların göz yaşını onlara çörək kimi yedirirsən, Gözlərinin qorasını onlara o ki var içirdirsən.   Elə edirsən ki, qonşularımız üstümüzdə bəhsə girir, Düşmənlərimiz kefləri istədiyi kimi bizi ələ salır.+   Ey ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzünün nurunu üstümüzə sal, bizi qurtar.+   Üzüm tənəyini+ Misirdən gətirdin, Onu əkmək üçün xalqları qovdun.+   Torpağı təmizlədin ki, O kök atsın, ölkəni bürüsün.+ 10  Kölgəsi dağların üstünü, Budaqları Allahın sidr ağaclarını örtüb. 11  Qol-budağı dənizədək, Şaxələri çaya* qədər çatıb.+ 12  Onun daş divarlarını nə üçün uçurdun?+ Nə üçün yoldan keçən hər kəs əl atıb meyvəsini dərir?+ 13  Meşə qabanı tənəyi yeyib məhv edir, Çölün heyvanları onunla bəslənir.+ 14  Ey ordular Allahı, nə olar, dön, Göylərdən halına bax, Qeydinə qal bu tənəyin,+ 15  Sağ əlinlə əkdiyin fidanın.+ Özün üçün gücləndirdiyin pöhrəyə nəzər sal.+ 16  Onu sındırıb oda atırlar.+ Üzünün zəhmindən məhv olurlar. 17  Qoy əlin sağında duranın, Özün üçün gücləndirdiyin bəşər oğlunun üzərində olsun.+ 18  Biz Səndən dönməyəcəyik, Bizi yaşat ki, Sənin adını çağıraq. 19  Ey ordular Allahı Yehova, bizi əvvəlki halımıza qaytar, Üzünün nurunu üstümüzə sal, nicat tapaq.+

Haşiyələr

Yəni İsraili.
Digər variant: arasında.
Fərat çayı.