Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 8:1—9

MÜNDƏRİCAT

  • Allahın əzəməti; insana verdiyi şərəf

    • «Nə əzəmətli adın var» (1, 9)

    • «Fani insan nədir ki, onu xatırlayırsan?» (4)

    • İnsanın başında şərəf tacı (5)

Dirijora. Gittit* üçün. Davudun məzmuru. 8  Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir, Ehtişamını göylərdən yüksəyə qaldırdın!*+   Sənə qarşı çıxanlardan ötrü, Düşməni, qisasçını susdurmaqdan ötrü Uşaqların, körpələrin dili ilə+ gücünü göstərdin.   Xəlq etdiyin göylərə, əllərinin işinə, Yaratdığın aya, ulduzlara baxanda düşünürəm:+   Fani insan nədir ki, onu xatırlayırsan? Bəşər oğlu nədir ki, onun qeydinə qalırsan?+   Sən onu mələklərdən* bir az aşağı yaratdın, Başına şərəf, əzəmət tacı qoydun.   Ona əllərinin işi üzərində ağalıq verdin,+ Hər şeyi ayaqları altına atdın:   Bütün sürüləri, naxırları, Bütün vəhşi heyvanları,+   Göydəki quşları, dənizdəki balıqları, Dəryadakı canlıların hamısını.   Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir!

Haşiyələr

Digər variant: ey ehtişamı göylərdən yuxarıda vəsf Edilən!
Yaxud ilahi varlıqlardan.