Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 79:1—13

MÜNDƏRİCAT

  • Düşmən təcavüzü qarşısında dua

    • Bütün ər-ətraf bizi lağa qoyur (4)

    • Adın naminə bizə yardım et (9)

    • Təhqirlərini yeddi qat başlarına gətir (12)

Asəfin məzmuru.+ 79  Ey Allah, xalqlar Sənin mülkünə təcavüz etdi,+Müqəddəs məbədini murdar etdilər,+Yerusəlimi xarabalığa çevirdilər.+   Qullarının cəsədini quşlara yem etdilər,Sadiq bəndələrinin ətini heyvanlara verdilər.+   Yerusəlimin yan-yörəsində qanlarını su kimi axıtdılar,Cəsədləri basdırmağa bir adam qalmayıb.+   Qonşularımız bizə rişxənd edir,+Bütün ər-ətraf bizi lağa qoyur, ələ salır.   Yehova, nə vaxtadək hirsli qalacaqsan? Əbədilikmi?+ Nə vaxtadək hiddətin od tutub yanacaq?+   Qəzəbini Səni tanımayan xalqların,Adını çağırmayan səltənətlərin üzərinə yağdır.+   Çünki Yaqub nəslinin axırına çıxdılar,Onun yurdunu viranə qoydular.+   Nə olar, ata-babalarımızın günahına görə bizi cəzalandırma.+ Tələs, bizə rəhm et,+Lap zəlil olmuşuq.   Bizə yardım et, ey xilaskar Allahımız,+Şanlı adın naminə.Adın naminə bizi qurtar, günahlarımızı əfv et.+ 10  Nəyə görə xalqlar: «Hanı onların Allahı?» — desin?+ Qoy gözümüz görə-görə bütün xalqlara məlum olsun ki,Qullarının axıdılmış qanı yerdə qalmayıb.+ 11  Məhbusların ah-naləsi dərgahına qalxsın,+ Ölümə məhkum olanları güclü əlinlə hifz et*.+ 12  Qonşularımızın Sənə etdiyi təhqirləri+Yeddi qat başlarına gətir,+ ey Yehova. 13  Onda biz, Sənin xalqın, örüşünün sürüsü,+Əbədi Sənə şükür edərik,Mədhini nəsildən-nəslə ucaldarıq.+

Haşiyələr

Digər variant: azad et.