Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 78:1—72

MÜNDƏRİCAT

  • Allahın qayğısı və İsrailin imansızlığı

    • Gələcək nəsillərə nəql edilməli işlər (2—8)

    • Allaha inanmadılar (22)

    • Göylərin taxılı (24)

    • İsrailin Müqəddəsini incitdilər (41)

    • Misirdən vəd edilmiş diyaradək (43—55)

    • Allahı sınamaqdan əl çəkmədilər (56)

Maskil*. Asəfin məzmuru.+ 78  Ey xalqım, qanunuma qulaq as, Ağzımdan çıxan sözləri dinlə.   Ağzımı məsəllə açacağam, Qədim tapmacaları danışacağam,+   O şeyləri ki eşitmişik, bilirik, Ata-babalarımız bizə danışıb.+   Oğullarımızdan gizlətmərik, Gələcək nəsillərə nəql edərik,+ Yehovanın tərifəlayiq əməllərini, gücünü,+ Xariqüladə işlərini.+   O, Yaquba öyüdlərini verdi, İsraildə qanun qoydu, Ata-babalarımıza əmrlər verdi ki, Onları oğullarına öyrətsinlər.+   Beləcə, gələcək nəsil, Dünyaya göz açacaq uşaqlar bunları bilsin,+ Onlar da öz övladlarına danışsın.+   Beləcə, Allaha güvənər, Allahın işlərini unutmazlar,+ Əmrlərinə tabe olarlar.+   Onda ata-babaları kimi olmazlar. Onlar kimi dikbaş, asi nəsil,+ Ürəyi səbatsız,+ Allaha vəfasız bir nəsil olmazlar.   Əfraim oğulları ox-kamanla yaraqlansa da, Savaş meydanından geri qaçdılar. 10  Allahın əhdini pozdular,+ Qanunu ilə getmədilər.+ 11  Onun işlərini, Onlara göstərdiyi xariqələri unutdular.+ 12  O, ata-babalarının gözü önündə möcüzələr göstərdi,+ Misir torpağında, Suan diyarında.+ 13  Dənizi yarıb onlar üçün yol açdı, Sular divar kimi durdu.+ 14  Onlara gündüz buludla, Bütün gecəni şəfəq saçan alovla yol göstərdi.+ 15  Səhrada qayaları yardı, Onlara doyunca su içirdi, sanki, ümmandan.+ 16  Sal qayadan su fışqırtdı, Sular çay kimi axdı.+ 17  Onlar isə daha da çox günah etdilər, Haqq-Taalaya qarşı qiyam qaldırdılar səhrada.+ 18  Qəlblərində Allahı sınadılar,+ Tamarzı qaldıqları təamları tələb etdilər Ondan. 19  Allahın əleyhinə danışıb dedilər: «Məgər Allah bu çöl-biyabanda süfrə aça bilər?»+ 20  Bax! O, qayaya vurdu, Sular axdı, sellər daşdı.+ Yenə dedilər: «Bəs çörək də verə bilər? Xalqı üçün ət yetirə bilər?»+ 21  Yehova bunu eşidəndə yaman hirsləndi,+ Od alovlandı+ Yaquba qarşı. Onun İsrailə qəzəbi kükrədi.+ 22  Çünki Allaha inanmadılar,+ Onun qurtuluş gücünə etibar etmədilər. 23  O, buludlu səmaya əmr etdi, Göylərin qapılarını açdı. 24  Onlara göylərin taxılını verdi, Manna yağdırdı ki, yesinlər.+ 25  İnsan qüdrətlilərin*+ çörəyini yedi, Allah onlara doyunca yemək göndərdi.+ 26  Göylərdə şərq küləyi əsdirdi, Qüvvəti ilə cənub küləyi oyatdı.+ 27  Əti onların üzərinə toz kimi yağdırdı, Quşlar dəniz qumu qədər idi. 28  Onları düşərgənin ortasına, Çadırların həndəvərinə tökdü. 29  Yedilər, boğazlarına dürtdülər. Ürəkləri istəyən hər şeyi onlara verdi,+ 30  Amma hələ iştahalarını doyuzdurmamış, Loxmaları hələ ağızlarında ikən, 31  Onlara qarşı Allahın qəzəbi qalxdı,+ Onların pəhləvanlarını öldürməyə başladı,+ İsrailin cahıl oğullarını yerə sərdi. 32  Bununla belə, günahdan əl çəkmədilər,+ Onun xariqüladə işlərinə iman gətirmədilər.+ 33  Buna görə onların günlərini kəsdi, nəfəs kimi,+ Ömürlərini naqafil dəhşətlərlə sona yetirdi. 34  Hər dəfə Allah onları qıranda Onu axtardılar,+ Qayıdıb Onu aradılar. 35  Yadlarına düşürdü ki, Allahdır onların qayası,+ Allah-Taaladır onların xilaskarı.+ 36  Dodaqları ilə Onu aldatmağa çalışdılar, Dilləri ilə Ona yalan danışdılar. 37  Ürəkləri Ona bağlı deyildi,+ Onun əhdinə vəfa etmədilər.+ 38  Amma O, mərhəmət göstərirdi,+ Günahlarından keçirdi, onları məhv etmirdi,+ Dəfələrlə hirsini boğurdu,+ Qəzəbini tam oyatmırdı. 39  Unutmurdu ki, onlar ətdən, sümükdəndirlər,+ Əsib geri qayıtmayan külək kimidirlər*. 40  Neçə dəfə səhrada Ona asi oldular,+ Biyabanda Onu kədərləndirdilər.+ 41  Dönə-dönə Allahı sınadılar,+ İsrailin Müqəddəsini incitdilər. 42  Yada salmadılar Onun güclü əlini, Onları düşməndən qurtardığı günü,+ 43  Misirdə göstərdiyi əlamətləri,+ Suan diyarındakı möcüzələrini. 44  Axar sular içməli olmasın deyə, Nil arxlarının suyunu necə qana çevirdiyini unutdular.+ 45  Onları göndərdiyi mozalanlara yem etdi,+ Ölkəni viran qoymaq üçün qurbağalar göndərdi.+ 46  Əkinlərini acgöz çəyirtkəyə, Əllərinin zəhmətini çəyirtkə sürüsünə verdi.+ 47  Üzüm tənəklərini dolu ilə, Əncir ağaclarını dolu dənələri ilə məhv etdi.+ 48  Yük heyvanlarını doluyla, Sürülərini ildırımla* vurdu.+ 49  Onların üzərinə alovlu qəzəb, Hirs, hiddət, bəla yağdırdı, Fəlakət mələklərini göndərdi, alaylarla. 50  Qəzəbinə yol açdı, Canlarını ölümdən qurtarmadı, Onları azara düçar etdi. 51  Axırda Misirdəki bütün ilkinləri, Hamın çadırlarındakı ilk övladları məhv etdi.+ 52  Sonra xalqını sürütək oradan çıxartdı,+ Sürütək apardı səhrada onları. 53  Onları asayişlə apardı, Qorxu nədir bilmədilər,+ Düşmənlərini isə dəryada qərq etdi.+ 54  Onları müqəddəs məkanına, Sağ əli ilə fəth etdiyi dağlıq bölgəyə gətirdi.+ 55  Onların qarşısından xalqları bir-bir qovdu,+ İrs torpaqlarını ölçü ipi ilə aralarında bölüşdürdü,+ İsrail qəbilələrini öz yurdlarında məskunlaşdırdı.+ 56  Onlar isə Allah-Taalanı sınamaqdan, Ona qarşı çıxmaqdan əl çəkmədilər,+ Onun öyüdlərini hey qulaqardına vurdular.+ 57  Ataları kimi dönüklük etdilər, xəyanət etdilər,+ Etibarsız çıxdılar, ipi boşalmış kamana bənzədilər.+ 58  Səcdəgahları* ilə Onu qəzəbləndirdilər,+ Oyma bütləri ilə Onun hirsini oyatdılar.+ 59  Bunları eşidən Allah bərk hiddətləndi,+ İsraildən tamamilə üz döndərdi. 60  Axırda Şilodakı çadırını, İnsanlar arasında qaldığı çadırı tərk etdi.+ 61  Gücünün nişanını əsarətə göndərdi, Gözəlliyini düşmənə təslim etdi.+ 62  Xalqını qılıncın qabağına verdi,+ İrsinə qarşı qəzəbləndi. 63  Cavanlarını alov uddu, Qızlarına toy mahnısı oxunmadı. 64  Kahinləri qılıncdan keçirildi,+ Dul qalan arvadları göz yaşı tökmədi.+ 65  O zaman Yehova, sanki, yuxudan oyandı,+ Sanki, pəhləvan+ şərabın təsirindən ayıldı. 66  Düşmənləri geri atdı,+ Onları əbədilik xar etdi. 67  Yusifin çadırını rədd etdi, Əfraim qəbiləsini seçmədi. 68  Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi.+ 69  Müqəddəs məkanını göylər kimi,+ Əbədilik qoyduğu Yer kimi daimi bina etdi.+ 70  Qulu Davudu seçdi,+ Onu qoyun ağıllarından götürdü,+ 71  Yanıbalalı qoyunların ardından götürdü, Xalqı Yaqubun, İrsi İsrailin üzərinə çoban qoydu.+ 72  Davud da onları sadiq ürəklə otardı,+ Bacarıqlı əli ilə onlara rəhbərlik etdi.+

Haşiyələr

Yaxud mələklərin.
Digər variant: ruh çıxır geri qayıtmır.
Digər variant: qızdırma ilə.
Hərfən: yüksəklikləri.