Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 77:1—20

MÜNDƏRİCAT

  • Məzmurçunun dar gündə etdiyi dua

    • Allahın işlərini düşünmək (11, 12)

    • «Ey Allah! Sənintək böyük allah varmı?» (13)

Dirijora. Yaditun* üçün. Asəfin məzmuru.+ 77  Allahı səslərəm, Ona fəryad edərəm,Onu çağıraram, O, məni eşidər.+   Dar gündə Yehovanı axtarıram,+ Gecələr göylərə əl açıram durmadan, Ürəyim bir yerdə qərar tutmayır.   Ah-nalə ilə Allahı yada salıram,+Dincliyimi itirmişəm, taqətim əriyib gedir.+ (Selah)   Gözümü yummağa qoymursan,Narahatam, danışa bilmirəm.   Keçmiş günləri,Arxada qalmış illəri düşünürəm.+   Gecələr tellərin avazı* yadıma düşür,+Qəlbim düşüncələrə dalır,+Ruhum dərin axtarışdadır.   Görəsən, Yehova bizdən həmişəlik üz döndərib?+ Məgər O, bir də bizə rəğbət göstərməyəcək?+   Olmaya, xeyirxahlığı əbədilik tükənib? Olmaya, vədi heç vaxt yerinə yetməyəcək?   Bəlkə, Allah lütfünü unudub?+Yaxud qəzəbi rəhminin qabağını kəsib? (Selah) 10  Niyə axı elə hey: «Bu dərd içimi göynədir,+ Haqq-Taala bizdən üz döndərib», — deməliyəm? 11  Mən Yahın gördüyü işləri xatırlayaram,Qədimdəki möcüzələrini yada salaram. 12  Əməllərin barədə düşüncələrə dalaram,Bütün işlərini dərin-dərin düşünərəm.+ 13  Pərvərdigara, yolların müqəddəsdir. Ey Allah! Sənintək böyük allah varmı?+ 14  Xariqələr yaradan gerçək Allah Sənsən,+ Xalqlara gücünü izhar etmisən.+ 15  Xalqını qolunun qüvvəti ilə qurtardın,+Yaqubun, Yusifin oğullarını. (Selah) 16  Sular Səni gördü, ey Allah,Sular Səni gördü, həyəcana gəldi.+ Ümmanın canına vəlvələ düşdü. 17  Buludlar suları tökdü, Qara buludlu göylər gurladı,Oxların ora-bura uçuşurdu.+ 18  Gurultun+ cəng arabalarının səsi kimiydi,Şimşəyin yer üzünü işıqlandırdı,+Yer titrədi, lərzəyə gəldi.+ 19  Yolun dənizdən keçirdi,+Əngin sularda cığır açdın,Amma ləpirin qalmadı. 20  Xalqını sürü kimi apardın,+Musanın, Harunun əli ilə.+

Haşiyələr

Yaxud nəğməm.