Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 76:1—12

MÜNDƏRİCAT

  • Sionun düşmənləri üzərində Allahın qələbəsi

    • Allah həlimləri qurtarır (9)

    • Düşmənlərin qürurunu sındırır (12)

Dirijora. Simli alətlərin müşayiətilə. Asəfin məzmuru.+ 76  Allah Yəhudada tanınır,+ İsraildə Onun adı ucadır.+   Çadırı Səlimdə yerləşir,+ Siondur Onun məskəni.+   Orada qırdı kamandan atılan yanar oxları, Qalxanı, qılıncı, bütün yaraq-yasağı.+ (Selah)   Sən nura bürünmüsən, Şikar dolu dağlardan da vüqarlısan.   Cəsur ürəkləri ovladın,+ Yatıb yuxuya daldılar, Ərənlərin qolu sustaldı.+   Ey Yaqubun Allahı, Sənin hökmündən Arabanı sürən də, at da dərin yuxuya daldı.+   Sən, yalnız Sən zəhmlisən!+ Alovlu qəzəbin qarşısında kim dura bilər?+   Sən hökmünü göylərdən elan etdin,+ Yer qorxdu, sükuta qərq oldu,+   Çünki Allah ayağa qalxdı, hökmünü vermək üçün, Dünyanın həlim insanlarını qurtarmaq üçün.+ (Selah) 10  İnsanın qəzəbi belə, Səni ucaldır,+ İnsan qəzəbinin son izharı ilə Özünü bəzərsən. 11  Ey Allahın ətrafına toplaşanlar, Allahınız Yehovaya nəzirlər deyin, Onları yerinə yetirin,+ qorxu içində Ona bəxşiş gətirin.+ 12  O, rəhbərlərin qürurunu sındırar, Dünyanın padşahlarını dəhşətə salar.

Haşiyələr