Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 75:1—10

MÜNDƏRİCAT

  • Allah ədalətlə mühakimə edir

    • Pislər Yehovanın camından içəcəklər (8)

Dirijora. «Məhv etmə». Asəfin məzmuru.+ 75  Şükür edirik Sənə, İlahi, şükür edirik;Sən bizimləsən.+İnsanlar xariqüladə işlərini bəyan edir.   Sən deyirsən: «Mən vaxt təyin edəndəƏdalətlə mühakimə edirəm.   Dünya və sakinləri lərzəyə gələndəOnun sütunlarını tutub saxlayan Mən idim». (Selah)   Lovğaya: «Bəsdir lovğalıq etdin», — deyirəm, Şər adama isə: «Gücünlə öyünmə*,   Gücünlə çox öyünmə,Lovğa-lovğa danışma, — deyirəm, —   Çünki başıucalıq nə qərbdən, nə şərqdən,Nə də cənubdan gəlir.   Allahdır Hakim,+ O, kimini alçaldır, kiminisə yüksəldir.+   Yehova əlində bir cam tutub,+İçi köpüklənən tünd şərabla doludur. O, camı dibinədək boşaldacaq,Dünyanın bütün pisləri onu son damlasınadək içəcək».+   Mən isə bunu əbədiyyən bəyan edəcəyəm,Yaqubun Allahını nəğmələrdə tərənnüm edəcəyəm. 10  O deyir: «Mən şər adamın buynuzunu sındıracağam.Salehinsə gücü* ucalacaqdır».

Haşiyələr

Hərfən: buynuzunu qaldırma.
Hərfən: buynuzu.