Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 74:1—23

MÜNDƏRİCAT

  • Xalqını yada salması üçün Allaha yalvarış

    • Allahın verdiyi möhtəşəm qurtuluşlar (12—17)

    • Düşmənin rişxəndlərini unutma (18)

Maskil*. Asəfin məzmuru.+ 74  Ah Allahım, niyə bizi həmişəlik tərk etdin?+ Niyə örüşünün sürüsünə qarşı qəzəbin kükrəyir?+   Qədim zamanlarda sahib olduğun xalqı,+Fidyə ilə qurtarıb Özününkü etdiyin qəbiləni,+ Məskən etdiyin Sion dağını+ yada sal.   Addımlarını əbədi xaraba qalmış yerlərə döndər,+ Düşmən müqəddəs məkanı viran qoyub.+   Düşmənlərin ibadətgahının ortasında nərə çəkirdi,+ Bayraqlarını ora sancıblar.   Onlar qalın meşəyə balta çalanlara bənzəyirdi.   Müqəddəs məkanının oyma naxışlarını+ baltayla, linglə qırıb-tökdülər,   Müqəddəs məkanına od vurdular,+ Adını daşıyan çadırı uçurub murdarladılar.   Onlar və övladları ürəklərində dedilər: «Allahın bu torpaqdakı bütün ibadətgahlarını yandırıb kül edəcəyik!»   Daha bir peyğəmbər qalmayıb,Bir əlamət görmürük.Nə vaxtadək belə olacaq, heç birimiz bilmirik. 10  Ey Allah, nə vaxtadək düşmən Sənə rişxənd edəcək?+ Yoxsa sonsuzadək yağı Sənin adına küfr edəcək?+ 11  Axı nə üçün əlini, sağ əlini tutub saxlayırsan?+ Onu qoynundan çıxart, onları məhv et. 12  Fəqət Allah əzəldən mənim padşahımdır,Dünyada möhtəşəm qurtuluşlar göstərən Odur.+ 13  Sən gücünlə dənizi təlatümə gətirdin,+Dəniz əjdahalarının başlarını suda qırdın. 14  Livyatanın* başlarını əzib xıncım-xıncım etdin,Onu səhra sakinlərinə yem etdin. 15  Sən bulaqlar açdın, suları axıtdın,+Qurumayan çayları qurutdun.+ 16  Gündüz də Sənindir, gecə də Sənin, İşığı da, günəşi də Sən yaratmısan.+ 17  Yerin hüdudlarını cızan,+Yayı da, qışı da yaradan Sənsən.+ 18  Ey Yehova, unutma, düşmənin rişxəndlərini,Nadan bir xalq Sənin adına küfr edir.+ 19  Öz qumru quşunun canını yırtıcı heyvana vermə, Məzlum bəndələrinin həyatını həmişəlik unutma. 20  Bizimlə bağladığın əhdi yada sal,Çünki dünyanın qaranlıq yerləri zorakılıq yuvasına dönüb. 21  Qoyma əzilənlər xar olsun,+Qoy məzlumlar, fağırlar Sənin adını mədh etsin.+ 22  Qalx, ey Allah, qoy ədalət bərqərar olsun, Nadanın bütün günü Sənə rişxənd etdiyini unutma.+ 23  Düşmənlərinin sözlərini unutma, Səni saymayanların harayı kəsilmir.

Haşiyələr