Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 73:1—28

MÜNDƏRİCAT

  • Mömin bəndənin tərəddüdü və düzəlişi

    • Ayaqlarım az qala sapmışdı (2)

    • «Bütün günü dərd-sər çəkmişəm» (14)

    • «Ta Allahın müqəddəs məkanına girənədək» (17)

    • Şər adamlar sürüşkən yerdədirlər (18)

    • Allaha yaxınlaşmaq xoşdur (28)

Asəfin məzmuru.+ 73  Doğrudan da, Allah İsrailə, ürəyitəmiz insana qarşı xeyirxahdır.+   Fəqət mənim ayaqlarım az qala sapmışdı,Ayaqlarım az qalmışdı sürüşsün.+   Çünki pislərin xoş güzəranını gördüm,Lovğalara həsəd apardım.+   Çünki onlar öləndə ağrı çəkmirlər,Canları sapsağlamdır*.+   Onların başqa insanlartək dərd-səri yoxdur,+Başqaları kimi əzab-əziyyət çəkmirlər.+   Təkəbbür, sanki, onlar üçün boyunbağıdır,+Zorakılıq libas kimi əyinlərini örtür.   Köklükdən gözləri dombalıb çıxır,Ürəklərinin arzuları artıqlaması ilə gerçəkləşib.   Onlar istehza edir, acı sözlər deyirlər,+ Lovğalanıb hədə-qorxu gəlirlər.+   Ağızlarını açıb danışanda göylə gedirlər,Təkəbbürlü dilləri bütün dünyanı gəzir. 10  Beləcə, Onun xalqı onlara tərəf dönüb,Onların su dolu camını içirlər. 11  «Allah haradan bilir?+ Haqq-Taalanın nə xəbəri var?» — deyirlər. 12  Bax, pis adamlar belədir, hər işləri avand olur.+ Elə hey var-dövlət toplayırlar.+ 13  Deməli, əbəs yerə ürəyimi saf etmişəm,Əllərimi günahsızlıq suyunda yumuşam.+ 14  Bütün günü dərd-sər çəkmişəm,+Hər səhər məzəmmət eşitmişəm.+ 15  Amma əgər bu şeyləri dilimə gətirsəydim,Onda Sənin xalqına xəyanət etmiş olardım. 16  Bunu dərk etməyə çalışandaBərk narahat oldum, 17  Ta Allahın müqəddəs məkanına girənədək.Orada onların aqibəti mənə aydın oldu. 18  Doğrudan da, onları sürüşkən yerə qoyursan,+ Hamısını həlaka yuvarlayırsan.+ 19  Bax, bir anda həyatları alt-üst olur.+ Onların axırı qəfil gəlir, aqibəti dəhşətli olur. 20  Necə ki yuxudan ayılanda röyalar unudular,Sən də ayağa qalxanda onların surətini unudarsan, ey Yehova. 21  Qəlbim acı zəhərlə dolmuşdu,+İçimdə* şiddətli ağrı hiss edirdim, 22  Ağılsız, nadan idim,Sənin nəzərində qanmaz heyvan kimi idim. 23  Amma indi həmişəlik Səninləyəm,Mənim sağ əlimdən tutmusan.+ 24  Öyüd-nəsihətinlə mənə yol göstərirsən,+Sonra da məni şan-şöhrətə yüksəldəcəksən.+ 25  Göylərdə başqa kimim var? Yerdə də Səndən savayı heç nə gərəyim deyil.+ 26  Canım taqətdən düşə bilər, ürəyim də,Lakin qəlbimin qayası Allahdır, nəsibim əbədiyyən Odur.+ 27  Həqiqətən də, Səndən uzaqlaşanlar yox olacaqlar, Sənə xəyanət edənləri məhv edəcəksən.+ 28  Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur.+ Külli-İxtiyar Yehovaya sığındım ki,Onun bütün işlərini bəyan edim.+

Haşiyələr

Yaxud qarınları piy bağlayıb.
Hərfən: böyrəklərimdə.