Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 71:1—24

MÜNDƏRİCAT

  • Ahılların güvənci

    • «Ta gəncliyimdən güvəncim Sənsən» (5)

    • «Gücüm tükənəndə məni tərk etmə» (9)

    • «Allahım, gəncliyimdən bəri mənə tərbiyə verirsən» (17)

71  Sənə sığınmışam, ey Yehova, Heç vaxt məni xəcalətli qoyma.+   Ədalətinlə məni qurtar, nicat ver. Nə olar, qulağını mənə tərəf əy, məni xilas et.+   Qaya üzərində qala ol mənə, Hər vaxt ora girə bilim. Nə olar, xilasım üçün əmr ver, Axı yalçın qayam, istehkamım Sənsən.+   Ey Allahım, məni şər adamın əlindən, İnsafsız zalımın pəncəsindən qurtar,+   Çünki ümidim Sənsən, ey Külli-İxtiyar Yehova, Ta gəncliyimdən güvəncim Sənsən.+   Doğulduğum gündən Sənə güvənmişəm, Anamın bətnindən məni çıxaran Sənsən,+ Daima Sənə alqış deyəcəyəm.   Çoxları mənə heyrətlə baxır, Amma Sən möhkəm sığınacağımsan.   Dilim alqışla doludur,+ Gecə-gündüz Sənin calalından danışır.   Yaşa dolanda məni atma,+ Gücüm tükənəndə məni tərk etmə.+ 10  Çünki düşmənlərim əleyhimə danışır, Canımın qəsdinə duranlar birgə məsləhətləşir.+ 11  Deyirlər: «Allah onu tərk edib, Onu güdüb yaxalayaq, onsuz da dadına çatan olmayacaq».+ 12  Ey Allah, məndən uzaq durma, Ey Allahım, imdadıma çat.+ 13  Mənimlə düşmənçilik edənlər Biabır olsunlar, yox olsunlar.+ Bədbəxtliyimi istəyənlər, Rüsvay olub yerə girsinlər.+ 14  Mən isə hey Səni gözlərəm, Səni mədh etdikcə, mədh edərəm. 15  Sənin ədalətin dilimdən düşmür,+ Verdiyin qurtuluşlardan danışıram gecə-gündüz, Hərçənd onları saymaqla qurtarmaz.+ 16  Ey Külli-İxtiyar Yehova, Gəlib Sənin qüdrətli işlərindən danışacağam, Sənin, yalnız Sənin ədalətindən danışacağam. 17  Ey Allahım, gəncliyimdən bəri mənə tərbiyə verirsən,+ Bu günədək heyrət doğuran işlərin dilimdədir.+ 18  Qocalıb saçım ağaranda da məni tərk etmə, ey Allah,+ Qoy gələcək nəslə də qüvvətli qolundan danışım, Sonrakı nəsillərə qüdrətini söyləyim.+ 19  Ədalətin göylərə ucalır, ey Allah,+ Ey Allah, necə böyük işlər görmüsən! Sənin kimisi varmı?+ 20  Hərçənd mənə çoxlu sıxıntılar, bəlalar göstərdin,+ Məni yenidən dirçəlt, Yerin dibindən çəkib çıxar.+ 21  Şan-şöhrətimi artır, Yenə məni qoru, yenə təsəlli ver. 22  Onda Səni telli alətdə vəsf edərəm, Çünki sadiqsən, ey Allahım.+ Səni çəngdə tərənnüm edərəm, Ey İsrailin Müqəddəsi. 23  Dil-dodağım şövqlə Sənə nəğmə deyər,+ Çünki canımı xilas etdin.+ 24  Sənin ədalətin gecə-gündüz dilimdən düşməyəcək,+ Ölümümü arzulayanlar rüsvay olacaq, xar olacaqlar.+

Haşiyələr