Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 70:1—5

MÜNDƏRİCAT

  • Davud çıxılmaz vəziyyətdə

    • «Dadıma tez yetiş» (5)

Dirijora. Davudun məzmuru. Öyüd üçün. 70  Aman Allahım, qurtar məni, Ey Yehova, tez gəl, dadıma yetiş!+   Qoy canımın qəsdinə duranlar Rüsvay olsun, rəzil olsun. Qoy fəlakətimə sevinənlər Biabır olub geri çəkilsin.   «Oxay, əcəb oldu!» — deyənlər Xəcalətdən geri dönsün.   Qoy Səni axtaranlar Səndə sevinc tapsın, fərəhlənsin.+ Səndən nicat gözləyənlər durmadan: «Qoy Allah ucalsın!» — desin.   Köməksizəm, fəqirəm,+ Pərvərdigara, dadıma tez yetiş,+ Yardımçım, xilaskarımsan.+ Nə olar, ləngimə, ey Yehova.+

Haşiyələr