Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 7:1—17

MÜNDƏRİCAT

  • Yehova adil hakimdir

    • «Məni mühakimə et» (8)

Binyaminli Kuşun sözlərindən ötrü Davudun Yehovaya oxuduğu qəmli nəğmə. 7  Ey Allahım Yehova, Sənə sığınmışam,+ Təqibçilərdən məni qoru, xilas et,+   Yoxsa aslantək məni parçalayacaqlar,+ Sürüyüb aparacaqlar, qurtaran olmayacaq.   Ey Yehova, qəbahət iş tutmuşamsa, Haqsızlıq etmişəmsə,   Yaxşılığa yamanlıq etmişəmsə,+ Nahaq yerə düşmənimi soymuşamsa*,   Qoy düşmən canımı təqib etsin, tutsun, Məni* yerə vurub tapdalasın, Şərəfimi yerə soxsun. (Selah)   Qəzəbinlə qalx, ey Yehova, Düşmənlərimin hiddətinin qabağını kəs,+ Mənə görə qalx, tələb et, ədalət bərqərar olsun.+   Qoy xalqlar dövrəndə toplaşsın, Sən də ucalardan onlara hökm et.   Yehovadır xalqlara hökm çıxaran.+ Salehliyim əsasında, ey Yehova, Paklığım əsasında məni mühakimə et.+   Nə olar, şər adamların pisliyinə son qoy, Saleh adamı isə hifz et.+ Adil Allah+ ürəkləri,+ ən dərin duyğuları sınayar.+ 10  Allahdır, ürəyidüz adamların+ xilaskarıdır mənim qalxanım.+ 11  Xudavənd adil hakimdir,+ Bəyan edir hər gün hökmlərini. 12  İnsan pis yolundan dönməzsə,+ O, qılıncını itilər,+ Kamanını çəkib nişan alar.+ 13  Ölüm silahlarını hazırlar, Alov saçan oxlarını düzəldər.+ 14  Bax, biri bətnində pislik daşıyır, O, fitnəyə hamilə qalıb, yalan doğar.+ 15  Bir quyu qazdı, qazdıqca qazdı, Amma qazdığı quyuya özü düşəcək,+ 16  Qurduğu fitnə öz başına gələcək,+ Zorakılığı özünə qayıdacaq. 17  Ədalətinə görə Yehovaya alqış edəcəyəm,+ Haqq-Taala+ Yehovanın adını nəğmələrdə tərənnüm edəcəyəm.+

Haşiyələr

Digər variant: nahaqdan əleyhimə çıxanı sağ saxlamışamsa.
Hərfən: həyatımı.