Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 69:1—36

MÜNDƏRİCAT

  • Davud qurtuluş haqda dua edir

    • «Evinin qeyrəti məni yandırıb-yaxır» (9)

    • «Tezliklə mənə cavab ver» (17)

    • «Mənə sirkə verdilər» (21)

Dirijora. «Zanbaqlar» üçün. Davudun məzmuru. 69  Qurtar məni, ey Allah, sular boğazıma çıxıb.+   Dərin bataqlığa düşmüşəm, ayağımın altında bərk yer yoxdur.+ Dərin sulara düşmüşəm,Güclü axın aparır məni.+   Fəryad etməkdən taqətim kəsilib,+Boğazım quruyub. Allahımı gözləməkdən gözlərimin kökü saralıb.+   Mənə nahaqdan nifrət edənlər+Başımın tükündən çoxdur, Nahaqdan düşmən kəsilənlər,Məni sükuta qərq etmək istəyənlər çoxalıb. Götürmədiyim şeyləri qaytarmalı oldum.   Ey Allahım, ağılsızlıq etdiyimi bilirsən,Günahlarım Səndən gizli deyil.   Ey Külli-İxtiyar, ey ordular Allahı Yehova,Qoy Sənə ümid bağlayanlar mənə görə utanmasın. Ey İsrailin Allahı,Qoy Səni axtaranlar mənə görə xar olmasın.   Sənin uğrunda təhqirlərə dözürəm,+Üzümü rüsvayçılıq bürüyüb.+   Qardaşlarıma yad,Anamın oğullarına özgə olmuşam.+   Evinin qeyrəti məni yandırıb-yaxır,+Sənə qarşı deyilən təhqirlərə mən tuş gəlirəm.+ 10  Oruc tutub təvazö etdim*,Məni təhqir etdilər. 11  Paltar əvəzinə çul geyinəndəDilə-dişə düşdüm. 12  Şəhər darvazasında oturanlar hey məndən danışırlar,Əyyaşlar mənə mahnı qoşurlar. 13  Qoy dualarım, ey Yehova,Sənə iltifat vaxtı çatsın.+ Böyük xeyirxahlığına görə, ey Allah,Mütləq nicatınla mənə hay ver.+ 14  Çıxar bataqlıqdan məni,Qoyma batım. Düşmən əlindən,Dərin sulardan qurtar məni.+ 15  Qoyma güclü axın məni aparsın,+Qoyma ümman məni udsun,Quyunun ağzı üzərimə qapansın.+ 16  Ey Yehova, mənə hay ver, çünki məhəbbətin şirindir,+ Böyük mərhəmətinlə üzümə bax.+ 17  Bu qulundan üz döndərmə,+ Dardayam, nə olar, tezliklə mənə cavab ver.+ 18  Yetiş, canımı xilas et,Düşmənlərdən məni qurtar. 19  Gördüyüm təhqirlərdən, xəcalətdən, rüsvayçılıqdan agahsan,+ Mənə düşmən kəsilənlər gözünün qabağındadır. 20  Təhqirlər ürəyimi deşdi, yaram sağalmazdır, Halıma yanan axtardım, tapılmadı,+Hey gözlədim, təsəlli verən olmadı.+ 21  Mənə yemək əvəzinə zəhər verdilər,+Susayanda sirkə verdilər.+ 22  Qoy süfrələri onlara tor olsun,Firavanlıqları onlara tələ olsun.+ 23  Gözləri tor salsın, görə bilməsinlər.Qoy qıçlarını əsməcə tutsun. 24  Hirsini onların başına tök,Alovlu qəzəbin onları yaxalasın.+ 25  Obaları boş qalsın,Çadırlarında kimsə yaşamasın.+ 26  Sənin vurduğun adamı təqib edirlər,Yaraladığın kəsin ağrılarından danışıb həzz alırlar. 27  Onların təqsirinin üstünə təqsir gətir,Qoy Sənin salehliyindən onlara pay düşməsin. 28  Adları həyat kitabından silinsin,+Salehlərlə birgə yazılmasın.+ 29  Sıxıntı içindəyəm, ağrı içindəyəm,+ Ey Allah, qoy qurtarıcı gücün məni hifz etsin. 30  Allahın adını nəğmələrdə tərənnüm edəcəyəm,Onu həmdlərlə ucaldacağam. 31  Bu, Yehovaya buğa qurbanlarından,Buynuzlu-dırnaqlı cöngələrdən daha xoşdur.+ 32  Həlimlər bunu görüb sevinəcək. Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin. 33  Çünki Yehova fağırları eşidir,+Əsirlikdə olan xalqını unutmaz.+ 34  Qoy göy və yer,Dənizlər və içindəki məxluqlar Ona alqış etsin.+ 35  Allah Sionu xilas edəcək,+Yəhuda şəhərlərini təzədən tikəcək,Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar. 36  Qullarının övladları oranı miras alacaq,+Adını sevənlər orada yaşayacaq.+

Haşiyələr

Digər variant: ağlayıb oruc tutdum.