Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 67:1—7

MÜNDƏRİCAT

  • «Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq»

    • Allahın yolu tanınmalıdır (2)

    • «Qoy xalqlar Səni mədh etsin, ey Allah» (3, 5)

    • Allah bizə xeyir-bərəkət verəcək (6, 7)

Dirijora. Simli alətlərin müşayiətilə. Məzmur. 67  Allah bizə lütf göstərəcək, xeyir-bərəkət verəcək, Üzünün nurunu üstümüzə salacaq.+ (Selah)   Bütün dünyada Sənin yolun tanınsın,+ Xilaskar olduğunu bütün xalqlar eşitsin.+   Qoy xalqlar Səni mədh etsin, ey Allah, Bütün xalqlar bir ağızdan Səni mədh etsin.   Qoy xalqlar şadlansın, sevinc sədaları yüksəltsin,+ Çünki Sən ümmətləri ədalətlə mühakimə edəcəksən,+ Yer üzündə xalqlara rəhbərlik edəcəksən. (Selah)   Qoy xalqlar Səni ucaltsın, ey Allah, Bütün xalqlar bir ağızdan Səni ucaltsın.   Yer üzü bəhrəsini verəcək,+ Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək.+   Allah bizə xeyir-bərəkət verəcək, Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq.+

Haşiyələr