Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 66:1—20

MÜNDƏRİCAT

  • Allahın işləri vahiməlidir

    • «Gəlin, Allahın işlərinə baxın!» (5)

    • «Nəzirlərimi yerinə yetirərəm» (13)

    • Allah duaları eşidir (18—20)

Dirijora. Məzmur. 66  Ey dünya, şaqraq səslə Allaha nida et!+   Onun şanlı adına nəğmələr oxu, Ona möhtəşəm təriflər söylə!+   Allaha deyin: «İşlərin necə vahiməlidir!+ Qüdrətinin əzəmətindən Düşmənlər önündə yerə döşənəcək.+   Bütün dünya qarşında baş əyəcək,+ Səni nəğmələrdə tərənnüm edəcək, Adını nəğmələrdə vəsf edəcək!»+ (Selah)   Gəlin, ey insanlar, Allahın işlərinə baxın! O, bəşər oğulları uğrunda necə də möhtəşəm işlər görür!+   Dənizi quruya çevirdi,+ Çayı piyada keçdilər.+ Orada O, bizi sevindirdi.+   O, daim qüdrəti ilə hökmranlıq edər,+ Gözləri xalqları seyr edər.+ Qoy dikbaşlar özünü öyməsin.+ (Selah)   Ey xalqlar, Allahımıza alqış edin,+ Qoy Ona dediyiniz alqışların sədası gəlsin.   O, bizi yaşadır,+ Ayağımızı büdrəməyə qoymur.+ 10  Bizi sınadın, ey Allah,+ Gümüştək saflaşdırdın. 11  Bizi ovçu toruna saldın, Kürəyimizə ağır yük qoydun. 12  Fani insanı üstümüzdən keçirtdin, Oddan, sudan keçdik, Sonra bizə dinclik verdin. 13  Evinə yandırma qurbanları+ ilə gələrəm, Nəzirlərimi yerinə yetirərəm.+ 14  O nəzirləri ki dilim deyib,+ Dar günümdə ağzımdan çıxıb. 15  Bəslənmiş heyvanlardan Sənə yandırma qurbanı verərəm, Gətirdiyim qoç qurbanlarının tüstüsü dərgahına qalxar, Buğalar, təkələr təqdim edərəm. (Selah) 16  Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Mənim üçün nələr etdiyini sizə danışım.+ 17  Ağzımı açıb Onu çağırdım, Dilim Ona alqış dedi. 18  Ürəyimdən pislik keçsəydi, Yehova məni eşitməzdi.+ 19  Amma Allah eşitdi,+ O, dualarımı dinlədi.+ 20  Allaha şükürlər olsun, duamı rədd etmədi, Məhəbbətini məndən əsirgəmədi.

Haşiyələr