Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 65:1—13

MÜNDƏRİCAT

  • Allah Yerə qayğı göstərir

    • «Ey duaları eşidən» (2)

    • Seçdiyin insan nə xoşbəxtdir (4)

    • Allahın kəraməti aşıb-daşır (11)

Dirijora. Davudun məzmuru. 65  Ey Allah, Sionda Səni mədhlər gözləyir,+Sənə dediyimiz nəzirləri yerinə yetirəcəyik.+   Ey duaları eşidən, hər cür insan hüzuruna gələcək.+   Günahlarım məni üstələdi.+Lakin Sən təqsirlərimizi əfv edirsən.+   Həyətində yaşamaq üçün seçdiyin,Özünə yaxınlaşdırdığın insan nə xoşbəxtdir.+ Evinin, müqəddəs məbədinin+Nemətləri ilə doyarıq.+   Möhtəşəm, haqq işlərinlə+ bizə hay verərsən,Ey nicatımızın Allahı,Dünyanın hüdudlarında,Uzaqlarda, dənizin o tayında yaşayanların güvəncisən!+   Gücünlə dağları bərkitmisən,Qüdrətinə qurşanmısan.+   Uğuldayan dənizləri,+Guruldayan dalğaları, çaxnaşan xalqları ram edirsən.+   Göstərdiyin əlamətlər dünyanın ucqarlarında yaşayanları lərzəyə salar;+Gündoğandan günbatana kimi hər kəsə şənlik verərsən.   Sən Yerə qayğı göstərirsən,Onu naz-nemətlə doldurursan.+ Ey Allah, çayların gursuludur,İnsanın çörəyini Sən yetirirsən.+Bəli, Yeri bu cür qurmusan. 10  Torpağın şırımlarını sulayır, şumunu hamarlayırsan,Gur yağışlarla torpağı yumşaldır, cücərtilərinə bərəkət verirsən.+ 11  Kəramətinlə ilin başına tac qoyursan,Ləpirlərin naz-nemətlə aşıb-daşır.+ 12  Çöl-çəməndən bərəkət axır,+Təpələr şənlik donu geyinib.+ 13  Sürülər otlaqlara yayılıb,Düzlərə başdan-başa taxıldan xalı salınıb.+ Onlar sevincdən haray salıb nəğmə deyirlər.+

Haşiyələr