Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 64:1—10

MÜNDƏRİCAT

  • Gizli həmlələrdən müdafiə

    • «Allah onlara ox atacaq» (7)

Dirijora. Davudun məzmuru. 64  Pərvərdigara, səsimi eşit, Sənə yalvarıram.+ Həyatımı düşmənin hədəsindən qoru.   Şər adamın gizli fitnələrindən,+ Bədəməl adamların izdihamından məni hifz et.   Onlar dillərini qılınc kimi itiləyir, Acı sözlərini ox kimi hədəfə tuşlayırlar,   Məsumu xəlvət yerdən vurmaq istəyirlər. Onlar qəfildən vurur, heç qorxmurlar.   Pis niyyətlərindən bərk-bərk yapışıblar, Tələlərini gizlində qoymaq barədə məsləhətləşirlər. Deyirlər: «Kimdir bunları görən?»+   Gündə bir haqsızlıq icad edirlər, Xəlvətdən məkrli fəndlər qururlar,+ Ürəkdəki düşüncələri sirlidir.   Lakin Allah onlara ox atacaq,+ Qəfildən yaralanacaqlar.   Öz dilləri onları yıxacaq,+ Baxan başını bulayacaq.   Onda bütün insanlar qorxacaq, Allahın nə etdiyindən danışacaq, Onun işlərini dərk edəcəklər.+ 10  Saleh insanın sevinci Yehova olacaq, Ona sığınacaq,+ Ürəyidüz adamlar Onunla fəxr edəcək.

Haşiyələr