Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 63:1—11

MÜNDƏRİCAT

  • Məzmurçu Allahın həsrətindədir

    • «Məhəbbətin həyatdan şirindir» (3)

    • Allah Öz bəndəsini ən yaxşı nemətlərlə doyurur (5)

    • Davud gecələr Allah haqda düşünür (6)

    • «Könlüm Sənə bağlanıb» (8)

Yəhuda çölündə olarkən Davudun yazdığı məzmur.+ 63  Ey Allah, Sənsən Allahım, Səni axtarıram,+ Bütün varlığım Sənin həsrətindədir.+ Quraq, cansıxıcı, susuz torpaqdaSənə təşnə qalmışam.+   Müqəddəs məkanında Sənə baxardım,Qüdrətini, əzəmətini görərdim.+   Məhəbbətin həyatdan şirindir,+Dilim Sənə alqış deyir.+   Sənə ömrüm boyu həmd edəcəyəm,Əllərimi adınla göyə açacağam.   Canım ən yaxşı, yağlı tikələrlə doyar,Sevinc nidaları ilə Sənə tərif söyləyəcəyəm.+   Yatağımda Səni yada salıram,Gecələr* Səni düşünürəm.+   Çünki mənim köməyim Sənsən,+Qanadlarının kölgəsində şadyanalıqla mədh söyləyirəm.+   Könlüm Sənə bağlanıb,Sağ əlin məni bərk-bərk tutar,+   Amma canıma qəsd quranlarYerin dərinliyinə girəcəklər. 10  Qılınca tuş gələcək,Çaqqallara yem olacaqlar. 11  Padşahınsa sevinci Allah olacaq. Allahın adına and içən hər kəs fəxr duyacaq,Yalan danışanların ağzı yumulacaq.

Haşiyələr

Yaxud gecə növbəsində.