Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 62:1—12

MÜNDƏRİCAT

  • Gerçək qurtuluş Allahdan gəlir

    • «Sakitcə Allahı gözləyirəm» (1, 5)

    • Ürəyinizi Allaha açın (8)

    • İnsan adi bir nəfəsdir (9)

    • Ürəyinizi var-dövlətə bağlamayın (10)

Dirijora. Yaditun* üçün. Davudun məzmuru. 62  Sakitcə Allahı gözləyirəm, Qurtuluşum Ondandır.+   O, mənim qayam, xilaskarım, qalamdır,+ Sarsılmaram, yıxılmaram.+   Nə vaxtadək adamın üstünə gəlib qanını tökməyə can atacaqsınız?+ Hər biriniz əyilmiş divar, bir üfürümə bənd daş divar kimi xatalısınız*.   Adamı şərəfdən salmaq üçün məşvərət qururlar, Yalanı sevirlər. Dildə xeyir-dua, ürəkdə isə lənət oxuyurlar.+ (Selah)   Ey qəlbim, sükut et, Allahı gözlə,+ Çünki ümidim Ona bağlıdır.+   O, mənim qayam, xilaskarım, qalamdır, Əsla sarsılmaram.+   Qurtuluşum, şərəfim-şanım Allahdandır, Sarsılmaz qayam, pənahım Allahdır.+   Ey insanlar, daim Ona güvənin. Ürəyinizi Ona açın.+ Allahdır sığınacağımız.+ (Selah)   İnsan adi bir nəfəsdir, Bəşər oğlu yalandır,+ Hamısını toplayıb tərəziyə qoysan, nəfəsdən də yüngül gələr.+ 10  Quldurluğa güvənməyin, Soyğunçuluğa arxalanmayın əbəs yerə, Var-dövlətiniz çoxalsa da, ürəyinizi ona bağlamayın.+ 11  Allah bir dəfə dedi, mən iki dəfə eşitdim: Qüdrət Allahındır!+ 12  Məhəbbət də Sənindir, ey Yehova,+ Hər kəsə əməlinə görə verirsən.+

Haşiyələr

Digər variant: ey sizlər, sanki, o, bir əyilmiş divar, bir üfürümə bənd daş divardır.