Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 61:1—8

MÜNDƏRİCAT

  • Allah düşməndən qorunmaq üçün möhkəm qaladır

    • «Daim çadırında yaşaram» (4)

Dirijora. Simli alətlərin müşayiətilə. Davudun məzmuru. 61  Ey Allahım, fəryadımı eşit, Duamı dinlə.+   Qəlbim qubar bağlayıb, Səni dünyanın ucqarlarından səsləyirəm,+ Məni əlçatmaz qayaya qaldır.+   Axı pənahım Sənsən, Düşməndən qoruyan möhkəm qalamsan.+   Daim çadırında yaşaram,+ Qanadların altına sığınaram.+ (Selah)   Sən dediyim nəzirləri eşitdin, Mənə adından qorxanlara məxsus miras verdin.+   Padşahın ömrünü uzadarsan,+ İlləri nəsildən-nəslə keçər,   Daim Allahın önündə taxtda oturar.+ Ona məhəbbət, sədaqət əta et ki, onu qorusun.+   Dünya durduqca adını nəğmələrdə tərənnüm edərəm,+ Nəzirlərimi hər gün yerinə yetirərəm.+

Haşiyələr