Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 6:1—10

MÜNDƏRİCAT

  • Rəhm diləyi

    • Ölülər Allahı ucalda bilməz (5)

    • «Rəhm dilədiyimi Yehova eşidəcək» (9)

Dirijora. Şeminit* üstündə köklənmiş simli alətlərin müşayiətilə. Davudun məzmuru. 6  Yehova, məni qəzəblə tənbeh etmə,Məni hiddətlə islah etmə.+   Aman, Yehova, saralıb-soluram, mənə rəhm et. Sümüklərim əsir, Yehova, mənə şəfa ver.+   Canıma vəlvələ düşüb,+Yehova, nə vaxta kimi gözləyəcəksən?+   Gəl, canımı qurtar,+ ey Yehova,Məhəbbətin* xatirinə məni xilas et.+   Çünki ölülər Səni ana bilməz,Məzarda* Səni kim ucaldar?+   Təngə gəlmişəm ah-naləmdən,+Yatağım bütün gecəni ağlamaqdan yamyaş olub,Sel kimi axır yorğan-döşəyimə göz yaşlarım.+   Dərddən gözüm tor salıb,+Düşmənlərin əlindən gözümdə nur qalmadı.   Siz, ey zalımlar, çəkilin başımdan,Yehova hönkürtümü eşidəcək.+   Rəhm dilədiyimi Yehova eşidəcək,+Yehova duamı qəbul edəcək. 10  Bütün düşmənlərim xar olacaq, dəhşətə gələcək,Onlar bir anda xəcil olub geri çəkiləcəklər.+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.