Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 59:1—17

MÜNDƏRİCAT

  • Allah sipər və sığınacaqdır

    • Xainlərə rəhm etmə (5)

    • «Sənin qüdrətinə nəğmə deyərəm» (16)

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talut Davudu öldürmək üçün evini güdməyə adam göndərəndə.+ 59  Düşmənlərimin əlindən qurtar məni, ey Allahım,+Üstümə gələnlərdən məni qoru.+   Zalımların əlindən qurtar,Qaniçənlərdən hifz et məni.   Bax! Canım üçün pusqu qurublar,+Qoluzorlular mənə hücum edirlər.Halbuki təqsirsizəm, heç bir günahım yoxdur,+ ey Yehova.   Bir təqsirim yox ikən, hücuma hazırlaşırlar, Səni çağırıram, dur, halıma bax.   İsrailin Allahı Sənsən, ey ordular Allahı Yehova,+ Qalx, bütün xalqları gözdən keçir, Xainlərin heç birinə rəhm etmə.+ (Selah)   Onlar hər axşam qayıdırlar,+İt kimi mırıldayırlar,+ şəhərdə sülənirlər.+   Gör ağızlarından nələr tökülür,Dodaqları qılınc kimidir,+Deyirlər: «Kim eşidəcək?»+   Amma Sən Yehova, onlara güləcəksən,+Bütün xalqlara rişxənd edəcəksən.+   Gözümü Sənə dikmişəm, ey gücüm, qüdrətim.+Allah mənim qalamdır.+ 10  Mənə məhəbbət göstərən Allah dadıma yetər,+Düşmənlərimin süqutunu göstərər mənə.+ 11  Onları öldürmə, qoy xalqım bu şeyləri unutmasın. Böyük gücünlə onları didərgin sal,Ey qalxanımız Yehova,+ onları yerə vur, 12  Dillərindən çıxan sözlərə, ağızlarının günahına görə.Lənətlərindən, yalanlarından ötrü,Qoy təkəbbürləri onlara tələ olsun.+ 13  Qəzəbinlə onların axırına çıx,+Axırlarına çıx, yox olsunlar.Qoy bilsinlər ki, Allah Yaqubun üzərində, dünyanın ucqarlarınadək hökmranlıq edir.+ (Selah) 14  Qoy onlar axşam qayıtsınlar,İt kimi mırıldayıb şəhərdə sülənsinlər.+ 15  Qoy bir tikə çörəkdən ötrü gəzsinlər,+Qarınları doymasın, yatmağa yer tapmasınlar. 16  Mən isə Sənin qüdrətinə nəğmə deyərəm,+Səhərlər məhəbbətindən şövqlə danışaram, Çünki Sən mənə pənahgah,+Dar günümdə sığınacaq oldun.+ 17  Ey gücüm, qüdrətim, Səni nəğmələrdə tərənnüm edərəm,+Allah məhəbbət Allahıdır, mənim qalamdır O!+

Haşiyələr